Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6890

Digər sorğular

Dünyada bir gündə koronavirusa rekord yoluxma qeydə alındı - STATİSTİKA

09:27  |    21 May 2020  |   E-mail  |  Çapa göndər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiyanın başlanğıcından dünyada koronavirusa ötən gün ərzində ən böyük sayda yoluxmanı qeydə alıb.

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

"Son 24 saat ərzində ÜST-ə koronavirusa pandemiyanın başlanğıcından ən yüksək birgünlük göstərici - 106 min yeni yoluxma haqqında məlumatlar daxil oldu. Bu yoluxma hallarının demək olar üçdə ikisi dörd ölkədə qeydə alınıb", - ÜST təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesusa istinadən “Twitter”də bildirib.

Lakin söhbətin virusa ən çox yoluxma hallarının qeydə alındığı hansı ölkələrdən getdiyi açıqlanmır.

ÜST rəhbəri vurğulayıb ki, dünya ictimaiyyəti "hələ COVID-19 pandemiyası ilə uzun yol keçməlidir".

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
31.05.2020
Rusiyalı məşqçi koronavirusdan öldü
31.05.2020
Tramp bu qruplaşmanı terror təşkilatı elan edəcək
31.05.2020
Koronavirusa yoluxanların sayı 6,2 milyonu keçdi
31.05.2020
Mühüm əməliyyat: PKK-nın önəmli adamı məhv edildi
31.05.2020
Napoleon Bonapartın “şəkli” yayımlanıb - FOTO