Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6899

Digər sorğular

“Ordumuzun texniki imkanları Şuşadakı təxribat xarakterli tədbiri pozmaq üçün yetərlidir”

20:37  |    20 May 2020  |   E-mail  |  Çapa göndər


Azad İsazadə: “Azərbaycan ordusunun gücü, arsenalındakı müasir texnika buna imkan verir”

Xəbər verdiyimiz kimi, mayın 21-də separatçı rejim rəhbərinin Şuşada andiçmə məraisimi keçiriləcək. Hansı ki, bəzi siyasilər düşmənin bu təxribatına cavab olaraq ölkəmizin hərbi müstəvidə hansısa addımlar atmasını nəinki məqbul, hətta zəruri hesab edir.

Maraqlıdır, düşmənin Şuşadakı təxribatını əngəlləmək, erməni separatizminin şouya çevirdiyi bu təxribata layiqli cavab vermək üçün Azərbaycan ordusu gərəkli texniki imkanlara malikdirmi? Düşmənin Şuşadakı toplantısını hansısa raket zərbəsi, dron hücumu və ya digər vasitə ilə yas mərasiminə çevirmək mümkündürmü?

Moderator.az-a açıqlama verən hərbi ekspert Azad İsazadə, Azərbaycan ordusunun texniki göstəricinin yüksək olduğunu və bu göstəricinin belə bir addıma imkan verdiyini vurğuladı:

“Andiçmə məraisimi daha çox nümayişkəranə bir addımdır. Lakin bunun həm də bir təxribat olduğu, danışıqlar prosesinə mənfi təsir göstərəcəyi məlumdur.

İndiki şəraitdə Azərbaycanın bu təxribata hansı şəkildə cavab verməsinin daha məqsədəuyğun olduğunu deyə bilmərəm. Amma ordumuzun texniki potensialı bu kimi təxribatlara cavab verməyə imkan verir. Texniki imkanlarımız andiçmə məraisimini pozmaq, digər uğurlu həmlələr həyata keçirmək üçün kifayətdir. Azərbaycan ordusunun gücü, arsenalındakı müasir texnika buna imkan verir”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.06.2020
Qarabağda erməni əsgər öldü, yaralılar var
02.06.2020
"Rusiyanın Bakını cilovladığını düşünmək Ermənistan ordusuna təhqirdir..." - erməni nəşri
02.06.2020
Qarabağdan danışmaq yasaqlanır?..
01.06.2020
Ötən il işğal altındakı Azərbaycan ərazilərində ölən erməni hərbçilərin sayı açıqlanıb
01.06.2020
"Parlamentimiz müharibə qərarı verməyə risk etmir..." - Qarabağ qazisi