Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6898

Digər sorğular

“Düşündüm ki, gedib iradımı bildirsəm, deyərlər ki, sən kimsən?”

16:55  |    20 May 2020  |   E-mail  |  Çapa göndər

Xalq şairi Nəriman Həsənzadə bu gün doğum gününü qeyd edən Xalq şairi Sabir Rüstəmxanlını təbrik edib.

N.Həsənzadə Moderator.az-a açıqlamasında dilimizlə bağlı problemlərə də toxunub:

“Sabir Rüstəmxanlıyla birlikdə “Ədəbiyyat” qəzetində işləmişik. Sonra mən nazirlikdə onun müavini olmuşam. İndi Azərbaycan Yazıçılar Birliyində Ağsaqqallar Şurasının üzvüyəm, Sabir bəy də şuranın üzvüdür, deputatdı. Çox böyük xidmətləri var. Onu doğum günü münasibətilə təbrik edirəm.

Bu gün dilimiz çox pis kökə düşüb, Sabir bəy də həmişə belə şeylərin əleyhinə olub. Yəni dilimizi xarici reklamlarla, sözlərlə doldurublar. Dünən bağdan gələndə yolda gördüm ki, ət dükanının qarşısına “Əsər ət dünyası” adı yazıblar. Belə şey olarmı, bunu yazan hansı millətdəndir?! Bunu görəndə dəhşətə gəldim. Bizim o qədər dilçi alimimiz, professorumuz, akademikimiz var, bunlar niyə iradlarını bildirmirlər?!

Düşündüm ki, gedib iradımı bildirsəm, mənə deyərlər ki, sən kimsən? Ət, aboy, şərab dünyaları yaradıblar. Elə bu gün şadlıq evlərinin də əndirəbadi adları var. Bunu edənlər isə görürsən ki, hansısa vəzifə sahibidirlər. Bu obyektlərin rəhbərləri çətin sənin-mənim şeirimi oxuyar, heç vaxt. Bu haqda düşünmək lazımdır. Şəhərdə gedəndə görürsən cavan uşaqlar avtomobilinin arxasına “yeraz” yazıb. Belə şey olarmı?! Biz belə Qarabağı azad edə bilərikmi?! Ermənilər azərbaycanlılara divan tutur, rus da, fars da onlara havadarlıq edir, qardaşdılar. Biz dilimizi, mətbuatımızı qorumalıyıq. İstedadlı şairlərimiz var, amma indi pul yığmaq dövrü olduğu üçün onları efirlərə çağıran yoxdur. Əvvəllər baba-nənələrimizdən tərbiyə alardıq, onların adı gələndə ürəyimiz atlanardı, amma indi valideynlərini qocalar evinə göndərən övladlar var”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.06.2020
“Əgər indi bunu etməsək, gələcəkdə deyəcəyik ki...” - Fazil Mustafa
02.06.2020
"Kim Ramil Səfərova qarşı çıxırsa, o, bizdən deyil və ədalətsiz, vicdansız insandır...”
30.05.2020
"Məzarı ziyarət edilsə də, edilməsə də o, ilin 365 günü hamının ürəyindədir..."
29.05.2020
Erməni memarın etirafı: İrəvanda ermənilər yaşamayıb - VİDEO
29.05.2020
MÜSTƏQİLLİYİN RİTMİ