Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6897

Digər sorğular

Koronavirusun su samurundan insana yoluxması təsdiqləndi

16:03  |    20 May 2020  |   E-mail  |  Çapa göndər

Niderlandın xəzlik heyvan fermasında koronavirus infeksiyasının su samurundan insana yoluxması qeydə alınıb.

Qazilər.az “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin Kənd təsərrüfatı nazirinin parlamentə ünvanlanan məktubuna istinadən “Reuters” agentliyi xəbər verib.

Ötən ay Niderlandın Kənd Təsərrüfatı Nazirliyi bildirib ki, Şimali Barbant əyalətində iki xəzlik heyvan fermasında yaşayan su samurlarında COVID-19-a yoluxma qeydə alınıb. İyirmi mindən çox su samurunun yaşadığı fermalar ölkədə koronavirus epidemiyasının episentrindədir. Heyvanlar onlarda virusun əlamətlərinin yaranmasından, o cümlədən nəfəsalma ilə bağlı problemdən sonra testdən keçirilib.

Hakimiyyət orqanları ehtiyat tədbiri kimi fermalara girişi məhdudlaşdırıb, ancaq bildirilib ki, virusun heyvanlardan insana yoluxması riski yoxdur.

Niderlandın su samurlarının yetişdirilməsi üzrə iki fermasında koronavirus aprelin ikinci yarısında aşkarlanmışdı.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
04.06.2020
Ermənistan artıq korona ilə bacarmır - Paşinyan
04.06.2020
Türkiyə yoluxma sayını bu cür azaltdı
04.06.2020
Liviya ordusu Tripolini tam nəzarətə götürdü
04.06.2020
Çində məktəbin gözətçisi uşaqları bıçaqladı - onlarla yaralı var
04.06.2020
ABŞ-da polisin öldürdüyü Corc Floydla bağlı daha bir məlumat