Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6890

Digər sorğular

Rusiya bölünür, Putinin hakimiyyəti təhlükədədir - PROQNOZ

22:47  |    19 May 2020  |   E-mail  |  Çapa göndər


"Koronavirus pandemiyasının neftin qiymətindəki ucuzlaşma ilə kəsişməsi enerji ixracatçısı olan Rusiyanın iqtisadiyyatına böyük zərbə vurub".

Publika.az xəbər verir ki, bu sözləri “Anadolu” agentliyinə açıqlamasında Qədir Xas Universitetinin prorektoru Mitat Çelikpala deyib.

Professor bildirib ki, Kreml pandemiya dövründə Rusiyanı bütöv şəkildə deyil, rus etnik mənsubiyyətini önə çıxaran siyasəti izləyib. Bu isə federativ idarəetmələrlə qarşıdurmaları daha da alovlandıracaq.

Rəsmi Moskvanın Səudiyyə Ərəbistanı ilə yaşanan gərginlikdən dolayı uzun müddətdir ki, Rusiya iqtisadiyyatına mənfi təsir göstərdiyini xatırladan Çelikpala dünya ticarətinin 30%-ə qədər düşməsi ilə neft sənayesinin cüt zərbə yediyini qeyd edib. Onun sözlərinə görə, neftin qiyməti bu formada qalarsa, Rusiya iqtisadiyyatı 6-10% arasında kiçilə bilər.

Putinin durumu elitlər arasında rəqabəti müəyyən edəcək.

Professor pandemiyaya görə daralan iqtisadiyyatın və yoluxma sayları ilə bağlı açıqlanan mübahisəli statistikaların dövlət başçısı Vladimir Putinə verilən dəstəyi azaltdığını, imicini zədələdiyini vurğulayıb:

“Rusiya qapalı toplum və avtoritar dövlətdir. Buna görə də xalqın böyük rolu yoxdur. Qənaətimə görə, Putin bunu idarə edə bildiyi müddətdə hakimiyyətini davam etdirəcək. Rusiya daxili siyasətində pandemiyadan sonra ciddi dəyişiklik gözləmirəm. Amma içəridə narahatlıq artacaq. Təbii ki, bu durumda müxalifət də əlini daha çox qüvvətləndirəcək”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
01.06.2020
Nikol Paşinyan koronavirusa yoluxub
31.05.2020
Rusiyalı məşqçi koronavirusdan öldü
31.05.2020
Tramp bu qruplaşmanı terror təşkilatı elan edəcək
31.05.2020
Koronavirusa yoluxanların sayı 6,2 milyonu keçdi
31.05.2020
Mühüm əməliyyat: PKK-nın önəmli adamı məhv edildi