Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6899

Digər sorğular

“Bakı nədənsə hesab edir ki, kimsə Dağlıq Qarabağı mavi örtüklü sinidə ona təqdim edəcək”

19:33  |    19 May 2020  |   E-mail  |  Çapa göndər


Günümüzə bax, siyasətimizə bax, Qarabağ sanki ortalıqda qalan yiyəsiz əşyadı, biri də qıraqdan deyir ki, bax siz götürməsəniz, mən qoltuğuma vurub gedəcəm.

Qarabağın işğalı ətrafında bu illərdə sülh danışıqlarını aparan vasitəçi dövlətlər də, işğalçı Ermənistan da öz maraqlarını gözləyən siyasət yürüdüblər, Azərbaycan isə birbaşa öz marağından çox, bu dövlətlərin maraqların ətrafında fırlanan və öz yolunu hələ tapa bilməyən səyyah təsiri bağışlayır. İşğala məruz qalmış Azərbaycan beynəlxalq hüquqa əsaslanan haqqını hamıdan bərk səsləndirməkdənsə, bu beşlik xorunun içində ən zəif səs nümayiş etdirməklə hamını, hətta vasitəçiləri də heyrətləndirirlər. Beynəlxalq Böhran Qrupu isə təəccübünü belə gizlətmədən hesabatında açıq yazdı ki, “işğal yerlərində aparılan məskunlaşmaya qarşı Azərbaycanın laqeyd mövqeyi, artıq o yerlərdə yeni nəslin formalaşmasına gətirib çıxarıb və bundan sonra Azərbaycan reallıqla barışmalıdır”. ABŞ-ın Ermənistandakı keçmiş səfiri Riçard Mils etiraf etdi ki, Dağlıq Qarabağ ətrafında işğal olunmuş 7 rayonun qaytarılmasını Azərbaycan faktiki təbliğ etmir, əksinə Rusiyanın “bir sıra rayonlar qaytarılacaq” tezisini daha çox səsləndirir. Doğru. Azərbaycan zərərinə olan variantı daha çox səsləndirir, nəinki 7 rayonun işğalının aradan qaldırılmasını.

Azərbaycan XİN məlumat yayıb ki, nazir Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə video-konfrans formatında görüş keçirib. Məlumatda yenə də “ Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsi” ifadəsi qeyd edilib. Bu terminin Ermənistanın işğalına bəraət qazandırdığını əvvəllər demişdik və birmənalı olaraq “ Qarabağın işğalı” terminin işlədilməsinin xeyrimizə olduğunu vurğulamışdıq. Və ən əsası video-konfransda keçirilən hərbi təlimlərlə bağlı Ermənistanın narahatlığı barədə danışılıb, həmişəki kimi atəşkəsə əməl olunmaq müzakirə edilib. Yəni, düşmənin işğalından yox, işğaldan sonra ermənilərin narahat olmaması üçün maksimum cəhd göstərilməsindən danışılıb. Ümumiyyətlə, ermənilərin istər Qarabağda, istərsə də Ermənistanda hansısa siyasi, mədəni, hərbi tədbirləri keçirməsindən öncə əsasən həmsədrlər, ayrıca olaraq Lavrov, ya da Patruşev Azərbaycan tərəfinə xəbərdarlıq edir ki, təmas xəttində tam sakitlik olsun, düşmən tədbirini rahat başa vursun. İndi də mayın 21-də andiçmə mərasimi Şuşada keçiriləcək və həmsədrlər gülə-gülə, diplomatik dillə, pambıqla baş kəsə-kəsə xəbərdarlıq edirlər ki, birdən qeyrət damarınız tutar, cəbhə xəttində kimsə göyə “vzrıvpaket” atar.., Araik Arutunyan bundan qəzəblənə bilər ki, Cıdır düzündəki tədbirimə xələl gətirdiniz. Olmaz. Bu da bu.

Üç gün əvvəl bizə yaxşı tanış olan, hər zaman Ermənistana simpatiyalarını açıq bildirən Stanislav Tarasov və “REGNUM”-n baş redaktoru Markedonov belə, Azərbaycanın Qarabağ siyasətindəki durğun mövqeyindən bezdiklərini ifadə ediblər. Baxın, 21 apreldə Lavrovun “münaqişənin mərhələli həll planı” haqqında dediklərinə tərəflərin reaksiyasını qeyd edən Stanislav Tarasov nə yazır:

“Qeyd etmək lazımdır ki, belə bir "xatırlatma"( mərhələli plan nəzərdə tutulur) həm Bakıya, həm də İrəvana aid olundu. Lakin ilk kəskin reaksiyanı Ermənistan verdi. Mnatsakanyan bildirib ki, mərhələli həll yollarına yanaşmalar 2014 və 2016-cı illərdə nümayiş etdirilib, "lakin onlar erməni tərəfi üçün qəbuledilməzdir" . Belə bir vəziyyətdə, Azərbaycan ərazilərin azad edilməsi və Dağlıq Qarabağın statusunun aydınlaşdırılması kimi məsələlərin həlli üçün prioritet kimi bəzi yenilikçi təkliflərlə çıxış edə bilərdi. Lakin Bakı bir addım da irəliləmədi, hər şeyi informasiya müharibəsi elementlərinə çevirdi, bir tərəfdən Yerevanı “münaqişənin həlli üçün Minsk qrupunun səylərini pozmaqda” ittiham etdi, digər tərəfdən güc tətbiq etməklə hədələdi. Belə hərəkət taktikası yüz il də ortaya qoyulsa heç vaxt nəticə verməyəcək.

Buna görə də belə bir təəssürat formalaşıb: Bakı nədənsə belə hesab edir ki, kimsə, nə vaxtsa Dağlıq Qarabağı mavi örtüklü sinidə ona təqdim edəcək. Etməyəcək”.

Görün, iş o yerə çatıb ki, Azərbaycanın mövqesizliyi, Azərbaycanın susqunluğu Rusiya siyasətçilərini də dilə gətirir ki, bəlkə bir az qabağa durub, işğal olunmuş torpaqlarınızdan danışasız.

REGNUM-un redaktoru Markedonov da yazır ki, problemin həlli müzakirə olunmaq əvəzinə” faktiki münaqişəni həll etmək işi , insidentlərin sayının azaldılması, hərbi əsirlərin mübadiləsi üçün mexanizmlərin tətbiqi və nəhayət atəşkəs rejiminin pozulmasının effektiv monitorinqi ilə əvəz edilmişdir”. Buna, “vacibi qoyub sünnətə gedirik” deyirlər.

Əlbəttə, bu yazanlar Rusiyanın maraqlarını qoruduqlarını ifadə edirlər və təsadüfi deyil ki, son yazıda tərəflərin hərəkətsizliyini vurğulayıb bildirirlər: “ Qarabağın 1813-cü ildə əbədi olaraq Rusiya imperiyasının tərkibinə qatıldğını Moskva tərəflərə xatırlatmalıdır”.

Günümüzə bax, siyasətimizə bax, Qarabağ sanki ortalıqda qalan yiyəsiz əşyadı, biri də qıraqdan deyir ki, bax siz götürməsəniz, mən qoltuğuma vurub gedəcəm.

İlham İsmayıl
moderator.az
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.06.2020
Qarabağda erməni əsgər öldü, yaralılar var
02.06.2020
"Rusiyanın Bakını cilovladığını düşünmək Ermənistan ordusuna təhqirdir..." - erməni nəşri
02.06.2020
Qarabağdan danışmaq yasaqlanır?..
01.06.2020
Ötən il işğal altındakı Azərbaycan ərazilərində ölən erməni hərbçilərin sayı açıqlanıb
01.06.2020
"Parlamentimiz müharibə qərarı verməyə risk etmir..." - Qarabağ qazisi