Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6893

Digər sorğular

Eyyub Hüseynov çiyələk plantasiyalarında gördüyü dəhşətli faktı paylaşdı - FOTO

15:12  |    19 May 2020  |   E-mail  |  Çapa göndər

"O tərəf-bu tərəf çevirib, bəh-bəhlə yediyiniz bu çiyələklər hər gün ömrünüzü qısaldır”.

Qazilər.az bildirir ki, bu sözləri Qaynarinfo-ya Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Sədr bu il bir neçə çiyələk plantasiyalsnda olduğunu, çiyələklərin necə və hansı üsullarla yetişdirilməsinin şahidi olduğunu bildirib:

"Onun yetişdirilməsində nə qədər dərman ləvazimatlarından istifadə olunur! Sanki sahəyə deyil, aptekə girmişdim. Bu dərmanlardan tək çiyələklərin deyil, pomidorların da yetişdiriməsində istifadə olunur. Vəziyyət çox pisdir. Xaricdən çiyələk toxumları gətirilir. Azərbaycanda genetik məhsulları yoxlayan laboratoriyalar var, hamısı partizan kimi susub, heç birinin səsi çıxmır”.

Sədr qeyd edib ki, Azad istehlakçılar Birliyi həmişə yerli mallara üstünlük verir:

"Biz həmişə yerli mallara üstünlük veririk, lakin yerli məhsullar bu qədər kimyalaşırsa, deməli, ekoloji cəhətdən təmiz kənd məhsullarına keçməyin vaxtı çatıb. 10 il bundan öncə bununla bağlı qanun qəbul olunub. Azərbaycanda dərmansız məhsul yetişdirən fermerler çoxdur. Dövlət bütün yardımlarını fermerlərə yönəltməlidir ki, onlar ekoloji cəhətdən təmiz məhsul yetişdirsin. Bu gün süni gübrələrdən əl çəkilməlidir və böyük marketlərdə orqanik meyvə-tərəvəzə xüsusi yer ayrılmalıdır. Baha qiymətə olsa da, keyfiyyətli, orqanik olsun”.

Sədr bildirib ki, hələ ki, çiyələk yemək məsləhət deyil:

"Hazırda bazarda 10-na qədər çiyələk növü var. Hansı balaca və yumşaqdırsa onu almaq lazımdır. Qədim yerli sotlara üstünlük verilməlidir. Amma böyük və bıçaqla kəsilən çiyələklərdə ziyanlı nə desən var. Bu çiyələklər insan orqanizmini məhv edir, ömrünü qısaldır".

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.06.2020
Bakıda bu şəxslərin "Mall"ara girişi qadağandır
02.06.2020
Azərbaycanda uçuşlar bərpa edilir? - RƏSMİ AÇIQLAMA
02.06.2020
Sabah temperatur 35 dərəcəni keçəcək - HAVA PROQNOZU
02.06.2020
Hökumət koronavirusa görə pul ayırdı
02.06.2020
Qənirə Paşayeva Baş Nazirə müraciət etdi