Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6887

Digər sorğular

“Artıq nakişi olmaqdan bezmişik, kütləvi qeyrətsizləşmə başa çatmaq üzrədir...”

16:21  |    18 May 2020  |   E-mail  |  Çapa göndər

“Mən belə başa düşdüm ki, Qarabağ məsələsi Ermənistan tərəfindən nə qədər uzadılırsa, ondan bir az artıq biz tərəfdən uzadılır və Nizami Cəfərov da bu çıxış ilə məsələnin uzanmasına rəvac verir. O, belə deməsiylə həm özündən, həm də müsahibəsindən məni çox diksindirdi”.

Qazilər.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında yazıçı Seyran Səxavət deyib. Yazıçı tez bir zamanda torpaqların işğaldan azad olunmasının vacibliyini vurğulayıb:

“Bundan başqa neçə rayonumuzun işğal altda qalması məlumdur. Hər il də mənə müxtəlif saytlardan, o cümlədən Moderator.az saytından da zəng vurub deyirlər ki, bu gün Laçının və ya Şuşanın işğal günüdür. Artıq bu zənglərdən yox, təhqir olunmaqdan, nakişi olmaqdan bezmişik, kütləvi qeyrətsizləşmə başa çatmaq üzrədir. Dünən hardasa oxudum ki, Şuşada Qondarma Dağlıq Qarabağ Respublikası “prezidentinin” andiçmə mərasimi olacaq. Paşinyan da hər dəfə gəlib orda “tərəkəmə” oynayır. Bir müddət öncə akademik Nizami Cəfərovun da müsahibəsini oxudum və o, da deyirdi ki, “Şuşanı bizə Azərbaycan ədəbiyyatı qaytaracaq”. Mən onu ciddi söz adamı, vətəndaş hesab edirəm, amma dünyanın bu vaxtı o, hansı dərrakəylə, hansı yanaşmayla belə müsahibə verir? Azərbaycan ədəbiyyatı torpaq verib ki, onu da qaytarsın?! Ümumiyyətlə, ədəbiyyatla torpaq qaytarmaq olar?! Rəhmətlik Vaqif Səmədoğlunun sözünü xatırlayıram, o, deyirdi ki, “poeziyayla Qarabağı almaq olsaydı, Xəlil Rzanın şeirləri ilə gedib İrəvana da çıxmaq olardı”. Mən belə başa düşdüm ki, Qarabağ məsələsi Ermənistan tərəfindən nə qədər uzadılırsa, ondan bir az artıq biz tərəfdən uzadılır və Nizami Cəfərov da bu çıxış ilə məsələnin uzanmasına rəvac verir. O, belə deməsiylə həm özündən, həm də müsahibəsindən məni çox diksindirdi.

Biz kütləvi şəkildə on milyon neçə yüz nəfər təhqir olunub qurtarandan sonra heç Bakının bizim olduğunu dərk edə bilməyəcəyik. Ona görə də mən çox şübhəylə baxıram ki, Qarabağ məsələsi niyə uzanır. O cümlədən bu gün Laçının da işğal günüdür. Hər dəfə təlimlərdə ordumuz ən yaxşı yerlərdən birini tutur. Həmişə də deyirik ki, vətənpərvərik, güclü ordumuz var. Düzdü, biz də anlayırıq, qanırıq ki, hegemon dövlətlərin burda marağı var, amma bu da həddən artıq şişirdilmiş bir məsələdir. Sadəcə istək yoxdu, bunun olmadığını bilirəm, amma niyə olmadığını o qədər də dəqiq bilmirəm. Dünyada belə yaşayış tərzi sürən ikinci dövlət və xalq tanımıram. Ona görə həddən artıq qəzəbliyəm. Belə suallara isə cavab vermək istəmirəm. Ancaq qəzəbliyəm, qəzəbim də özümü çartladır. Qarabağı təcili azad etmək lazımdır. Artıq otuz illik yubiley yaxınlaşır. Ona görə də mən dövlətimizdən, Ali Baş Komandanımızdan xahiş edirəm ki, bu məsələyə son qoyulsun. Əgər son qoyulmayacaqsa, xalqa bəyan edilsin ki, niyə buna son qoyulmayacaq. Müdafiə naziri, Şeyxülislam deyir ki, inşallah gələn Novruz Bayramını Qarabağda keçəcəyik. İnşallahla iş düzələn deyil, Allah böyükdür, ona şübhə edənə lənət, amma Qarabağ Allaha yox, bizə, Azərbaycan xalqına lazımdır. Ona görə də o torpaq uğrundan biz getməliyik, biz ölməliyik”.

Qeyd edək ki, bu gün Laçının işğal günüdür. Laçın rayonu 1992-ci il mayın 18-də işğal olunub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.05.2020
Qarabağ üsyanı: Gəncədən sonrakı dalğa - Şanlı tarixin yüzüncü ili ekranda
29.05.2020
"Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və biz bu məsələni birdəfəlik tam həll etməliyik"
28.05.2020
“İki hərbi hissəmiz qısa müddətdə 7 rayonu işğaldan azad edə bilər” - Ekspert
27.05.2020
XOCALIDAN BUDAPEŞTƏ
27.05.2020
Azərbaycan erməni komandirin maşınını vurdu - Ermənistan mediası