Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6887

Digər sorğular

Ömrünün iyirminci baharında şəhid olan Bəhruz Quliyevin əziz xatirəsinə...

17:35  |    17 May 2020  |   E-mail  |  Çapa göndər


Heç kim ağlına belə gətirməzdi ki, doğulandan Tanrının öz nurunu üzündən, gözlərindən, baxışlarından belə əsirgəmədiyi bu uşaq ömrünün iyirminci baharında şəhid olub, doğmalarını həmişəlik tərk edəcək və əbədiyyətə qovuşacaq.

Quliyev Bəhruz Xuduş oğlu 1972-ci il martin 11-də gözəl bir yaz günündə Qarabağın döyünən ürəyi Ağdamda dünyaya gəldi. Heç kim ağlına belə gətirməzdi ki, doğulandan Tanrının öz nurunu üzündən, gözlərindən, baxışlarından belə əsirgəmədiyi bu uşaq ömrünün iyirminci baharında şəhid olub, doğmalarını həmişəlik tərk edəcək və əbədiyyətə qovuşacaq.
Uşaqlıqdan öz cəsarəti və dəliqanlılığı ilə həmyaşıdlarından fərqlənən Bəhruz, yeniyetməlik çağında da yaşından irəli həyata baxışı, dərrakəsi, istiqanlılıgı ilə doğmalarının, dostlarının və onu tanıyan bütün insanların dərin hörmətini qazanmışdı.
1990-cı ilin mayında onu həqiqi hərbi xidmətə çağırıb, Rusiyanın Volqoqrad vilayətinə göndərdilər. Doğmaları Bəhruzu böyük bir şadyanalıqla əsgərliyə yolladılar. Amma böyüyüb boya-başa çatdığı doğma Qarabağ torpaqlarından aldığı xəbərlər qərib eldə Bəhruzun dəhşətli yuxularına çevrilmişdi.
Fevralın 26-da baş verən Xocalı müsibətindən sonra Bəhruz sovet ordusunda xidmətini yarımçıq qoyub Azərbaycana qayıtdı. Vətənə döndüyü gün şəhidlik zirvəsinə ucalacağı tarixin başlangıcı oldu... O, bütün bu hadisələri dərin ürək ağrısı ilə izləyirdi. Ürəyində bir istəyi vardı: könüllü olaraq savaşa qatılmaq, el-obanın keşiyində dayanan qəhrəman oğullara qoşulmaq, düşməni geri oturtmaq. Bəhruz Ağdama qayıtdığı ilk günlərdən Vətənin bütövlüyü naminə silaha sarılıb, Milli Qəhrəman Allahverdi Bağırovla birlikdə döyüşdü. Az sonra isə, Hərbi Komissarlığın göndərişi ilə Ağdam cəbhəsində yerli ,,N" hərbi hissəsində qulluğa göndərildi.
Azərbaycanın Milli Qəhrəmanı Fred Asiflə çiyin-çiyinə Əsgəran, Naxçivanik, Şelli, Xramord və digər istiqamətlərdə gedən döyüşlərdə yaxından iştirak edən Bəhruz Quliyev döyüşlərdə şəxsi cəsarət və igidlik nümunəsi göstərirdi. Çiynində daşıdığı ağır qumbaraatan silahla dəfələrlə düşmənin PDM-ni vurması, neçə-neçə erməni quldurunu qətlə yetirməsi, öz həyatını riskə ataraq çətin durumda qalan döyüş yoldaşlarını xilas etməsi, erməni işğalçılarının əlinə keçməsin deyə meyit və yaralıları geriyə daşıması... Bu xatirələri Bəhruzun valideynlərinə başsağlığına gələn döyüş yoldaşları və hərbi hissə komandiri ürək ağrısı ilə danışırdılar.
1992-ci ilin mayın 17-də Şəhidlik zirvəsinə ucaldı iyirmi yaşlı Bəhruz Quliyev. Həmin günlərdə Ağdama od ələndiyindən onu Bərdənin İmamzadə qəbiristanlığında dəfn etdilər. Dostları və doğmaları üçün dəyərli Bəhruzun itkisi olduqca ağır idi... Anası Emeliya xanım oğul dağına dözə bilməyib dünyasını vaxtsız dəyişdi. Axı Bəhruz ailənin sonbeşiyi və sevimli övladı idi. Ən təsirlisi isə ana öz oğlunun doğum gunu həyata gözlərini əbədi yumdu. İndi məzarlıqda qoşa uyuyan ana və oğulun ruhu hələ də narahatdır. O ruhlar şübhə yoxdur ki, uğrunda bu qədər şəhid verdiyimiz torpaqlar işğal altında qaldıqca narahat olacaq... Lakin biz inaniriq ki,Qarabağımız bir gün işğaldan azad olacaq və o zaman bütün şəhidlərimizin ruhu şad olacaq. Bizi bu gün yaşadan da elə bu inamdır...

bizimdovr.az
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.05.2020
Qarabağ üsyanı: Gəncədən sonrakı dalğa - Şanlı tarixin yüzüncü ili ekranda
29.05.2020
"Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və biz bu məsələni birdəfəlik tam həll etməliyik"
28.05.2020
“İki hərbi hissəmiz qısa müddətdə 7 rayonu işğaldan azad edə bilər” - Ekspert
27.05.2020
XOCALIDAN BUDAPEŞTƏ
27.05.2020
Azərbaycan erməni komandirin maşınını vurdu - Ermənistan mediası