Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6899

Digər sorğular

"Sanki İranın Azərbaycanın ərazi bütövlüyünün bərpası istəyi diplomatik uğurmuş..."

19:05  |    13 May 2020  |   E-mail  |  Çapa göndər


Azərbaycanda “körpü böhranı” böyüməkdədir.

Bu dəfə gündəmin subyekti cəmiyyətdir, - o iqtidarı komfort zonasından çıxaran məsələni müzakirə edir, ittihamları isə sərtdir, - İranla bağlanan sazişi xəyanət adlandırır, ən yaxşı halda məsul şəxslərin istefasını istəyir...

İqtidar cəmiyyətin ittihamlarına “böhran menecerlərini" səfərbər etməklə “ittihamlı inkaretmə” metodu ilə cavab verir. Bir nəfərdən ibarət dırnaqarası təhlil mərkəzlərinin “vəkil ekspertləri”, Milli Məclisin “əməkdaşları” cəmiyyəti savadsızlıqda, aşağıların fikir liderlərini isə populizmdə suçlayır. Hakimiyyətin “fikir fabrikləri” ən pis halda “İran və Ermənistanı” aşağılayıcı keçi kimi təqdim edib, iqtidara olan hiddətin səmtini dəyişməyə çalışır.

“Körpü böhranı” ilə bağlı təbliğat materiallarının başlıqları sadəliyi ilə seçilsə da, məzmunları qəliz üslübda təqdim edilir. Bu metod başlıqla tanış olub nəticə çıxarmağa hesablanıb. İqtidarın "spin doktorları" hələ ki, səriştəsizdir - virtual mənzərəni öz xeyirlərinə dəyişə bilmirlər.

Həm də ona görə ki, istifadə etdikləri alət rolunu oynayan KİV lərin reputasiyası cəmiyyətə bəllidir – iqtidar onların vasitəsilə özünü təkrarlayıb ictimai fikri dəyişə bilməz. Müdafiə xarakterli materiallarda qabardılan “sazişin uğuru” amili isə hələ ki, ən uğursuz seçimdir! Nəymiş sazişin uğuru? – “Sazişdə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyəti vurğulanıb”, - deyir Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov. Bunu deyən səfirə BMT nin Təhlükəsizlik Şurasının 4 qətnaməsini və onların nəyisə məgər dəyişdiyini xatırlatmaq yerinə düşür. Sanki İranın Azərbaycanın ərazi bütövlüyünün bərpası istəyi yenilikmiş, diplomatik uğurmuş! Cəmiyyətinsə “körpü böhranı” ilə bağlı sualları açıq olaraq qalmaqdadır:

1. İranla işğaldakı torpaqlar arasındakı körpüdən bu günə kimi ermənilərin istifadəsini sübut edən faktlar var və bu iş birliyinin dayandırılması üçün iqtidar nə edir?

2.Ərazi işğalda olduğu dövrdə bu sazişin imzalanmasının Azərbaycanın strateji maraqlarına nə faydası var?

Anar Həsənov, Moskvada yaşayan tanınmış jurnalist

moderator.az
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.06.2020
Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
04.06.2020
Rusiya XİN: "Qarabağ probleminin həlli çox uzandı"
04.06.2020
Paşinyanı istefa verməyə çağırdılar
03.06.2020
“Ya daha ciddi olmalısınız, ya da tarix sizi bağışlamayacaq...”
03.06.2020
Sergey Markov: “Nikol Paşinyan Azərbaycandan hərbi əməliyyatlara başlamağı xahiş edir” - MÜSAHİBƏ