Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6893

Digər sorğular

Azərbaycanın qadın güləşçisi olimpiada tarixinə düşə bilər

11:41  |    13 May 2020  |   E-mail  |  Çapa göndər

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında rekorda imza ata bilər.

"Report" Dünya Güləş Birliyinin rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı idmançı buna olimpiya çempionluğu qazanacağı təqdirdə sahib çıxacaq. O, qızıl medal qazansa, olimpiya çempionluğuna nail olan ən yaşlı qadın güləşçi ünvanını ələ keçirəcək.

Stadnikdən əlavə bu rekordu hazırda 33 yaşında olan Yaponiya təmsilçisi Hiroe Minaqavanın da yeniləmək imkanı olacaq. Minaqava 2017 və 2018-ci il dünya çempionatlarında bürünc, ötən il isə gümüş medal qazanıb.

Qeyd edək ki, hazırkı rekord yaponiyalı 4 qat olimpiya və 10 qat dünya çempionu Kaori İtyoya məxsusdur. O, Rio-2016 Yay Olimpiya Oyunlarında 32 yaş 4 ay, 3 günündə ikən 58 kq çəki dərəcəsində qızıl medal qazanıb. Hazırda 36 yaşında olan İtyonun Tokio olimpiadasında iştirak ehtimalı çox aşağıdır.

Mariya Stadnik isə 48 kq çəki dərəcəsində Pekin-2008-də bürünc, London və Rio-de-Janeyro olimpiadalarında isə gümüş medal qazanıb.

Tokio-2020 koronavirus pandemiyası ilə əlaqədar gələn il 23 iyul - 8 avqusta təxirə salınıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.05.2020
Operativ Qərargah idman zallarının açılmamasına aydınlıq gətirib
29.05.2020
Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verildi, amma...
27.05.2020
Ukrayna çempionu intihar etdi
26.05.2020
Həbib Nurməhəmmədov koronavirus testindən imtina etdi
22.05.2020
Kamil Zeynallı azadlığa çıxdı