Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6893

Digər sorğular

Azərbaycan çempionatı ləğv olundu, komandalar mükafatsız qaldı - RƏSMİ

19:57  |    11 May 2020  |   E-mail  |  Çapa göndər


Bu gün Azərbaycan Voleybol Federasiyası (AVF) ölkə çempionatı ilə bağlı qərarını verib.

Qurumun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, AVF Super Liqa, Yüksək Liqa və I Liqanın bərpa olunmamasını məqsədəuyğun hesab edib.

Nəticədə koronavirusa görə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, martın 14-dən dayandırılan yarışlar davam etdirilməyəcək və 2019/2020 mövsümün oynanılmış qarşılaşmaları ləğv olunub. Bu da matç sayının eyni olmaması və təxirə salınmış oyunların olması səbəbindən irəli gəlib. Yekun qərara əsasən, klublara heç bir mükafat verilməyəcək.

Digər qərara görə isə 2020/2021 mövsümündə Azərbaycanı avrokubokda təmsil edəcək komanda müəyyənləşib. AVF qadınlardan ibarət “Azərreyl”in Çağırış kubokunda oynamasını məqsədəuyğun sayıb.

Federasiya rəhbərliyi, həmçinin legionerlərlə bağlı tövsiyəsini də klubların diqqətinə çatdırıb. Bildirilib ki, əcnəbilərdən Bakıda yalnız “Azərreyl”in seneqallı voleybolçusu qalıb və onun üçün lazımı şərait yaradılıb.

Oyunçunun uçuşlar bərpa olunduqdan sonra ölkəsinə dönməsinə köməklik göstərilməsi tapşırılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.05.2020
Operativ Qərargah idman zallarının açılmamasına aydınlıq gətirib
29.05.2020
Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verildi, amma...
27.05.2020
Ukrayna çempionu intihar etdi
26.05.2020
Həbib Nurməhəmmədov koronavirus testindən imtina etdi
22.05.2020
Kamil Zeynallı azadlığa çıxdı