Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6893

Digər sorğular

Bakıda maskayla metroya girənlər vaqonda çıxarırlar

16:15  |    11 May 2020  |   E-mail  |  Çapa göndər

"Bəzi sərnişinlər tibbi maskanı metronun girişində taxırlar, lakin vaqona daxil olduqda çıxarırlar".

Qazilər.az "Report"a istinadla xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin hərəkət xidmətinin rəisi Etibar İsayev bildirib.

Onun sözlərinə görə, cərimələnməni polis həyata keçirir, onların səlahiyyətidir: "Lakin bizdə cərimələnməyə ehtiyac yaranmayıb. Mayın 9-da bir sərnişin metronun “20 Yanvar” stansiyasında tibbi maska taxmaq barədə polisin göstərişinə əməl etməmişdi və onunla mübahisə etdiyinə görə həbs edilmişdi. Hələ başqa insident qeydə alınmayıb. Stansiyalarda bəzi faktlar aşkar edildikdə, videomüşahidə vasitəsi ilə gördük ki, vaqonun içində bəzi sərnişinlər maskanı çıxarır, biz dərhal elan verməyə başladıq ki, maskanı çıxartmayın".

Onun sözlərinə görə, metroda karantin qaydalarının əməl edilməsi qənaətbəxşdir, gözlədiyimizdən də yaxşıdır: "Vaqonun içində sosial məsafəyə əməl edilir".

E.İsayev bildirib ki, bununla yanaşı qatarlarda kompleks və cari dezinfeksiya işləri aparılır.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara əsasən, mayın 9-u saat 06:00-dan "Bakı Metropoliteni" QSC-nin sərnişindaşıma fəaliyyəti bərpa edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.06.2020
İyun ayında qeyri-iş günlərinin sayı bəlli oldu
01.06.2020
“Reabilitasiya” elektron sistemi yaxın aylarda işə salınacaq
29.05.2020
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatıb
27.05.2020
Elm adamları koronavirusun metroda necə yayıldığını göstərdi - Sərnişinlərin diqqətinə...
23.05.2020
Bu axşam Fitr bayramıdır - Zəkat necə çıxarılmalıdır?