Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6884

Digər sorğular

Qarabağ müharibəsində erməniləri dəstəkləyən general İbrahim Süleymanov öldü

22:28  |    09 May 2020  |   E-mail  |  Çapa göndər

Moskvada istefada olan general-mayor, Rusiya Müdafiə Nazirliyinin eksperti və dəfələrlə Çeçenistan parlamentinin, Rusiya Dövlət Dumasının deputatı olmuş İbrahim Süleymanov 67 yaşında ölüb.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, general Süleymanov milliyətcə çeçendir, 2000-2002-ci illərdə Çeçenistanda federal qoşunların keçirdiyi əməliyyata rəhbərlik edib və qiyamçı çeçen lideri Cövhər Dudayevin şəxsi düşməni olub. O, iki gün əvvəl, mayın 7-də ölüb.

İbrahim Süleymanov həm də Qarabağ müharibəsində ermənilərə dəstək verməsi ilə tanınır.

İbrahim Süleymanov 1953-cü ildə Qazaxıstanda, sürgün edilmiş çeçen ailəsində anadan olub, Leninqrad ali hərbi məktəbini bitirib, 1988-ci ildə SSRİ Silahlı Qüvvələrinin Baş qərargahının Hərbi Akademiyasını bitirən ilk çeçen zabiti olub. SSRİ dağılanda Süleymanov polkovnik rütbəsi daşıyırdı. 1991-ci ildə o, sovet ordusunda xidmət edən bir çox çeçen zabitləri kimi general Cövhər Dudayevin rəhbərlik etdiyi çeçen xalqının birləşmiş Konqresinə üzv olub, Çeçenistan parlamentinə seçilib. “İçkeriya” silahlı qüvvələrinin yaradılmasında iştirak edib, amma 1992-ci ildə Dudayevlə münasibətləri korlanıb və ona qarşı müxalifətə keçib. O, öz tayfasını və bütün çeçenləri Dudayevə qarşı mübarizəyə çağırıb, nəticədə Dudayev Süleymanovu şəxsi düşməni adlandırıb. 1994-cü ildə həbs olunub və bir il sonra federal qoşunlar tərəfindən həbsxanadan azad edilib. Moskvanın tərəfinə keçən Süleymanova 1995-ci ildə general rütbəsi verilib.

Qarabağda müharbə gedəndə İ.Süleymanov ermənilərin tərəfini saxlayıb və Azərbaycan rəhbərliyini tənqid edib. Nəticədə ermənilərin simpatiyasını, azərbaycanlıların isə nifrətini qazanıb.

Son vaxtlara qədər Süleymanov Rusiya mətbuatında hərbi ekspert kimi Qarabağ məsələsində ermənilərin xeyrinə olan şərhlərlə çıxış edirdi.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.05.2020
Azərbaycan himni Ukrayna dilində ifa edildi - VİDEO
28.05.2020
Oğlu Rəsulzadənin dəfninə getməkdən niyə imtina edib? - VİDEO
28.05.2020
Ramil Səfərov söhbətinə nöqtə
27.05.2020
102 yaşın mübarək, Azərbaycan!
26.05.2020
Sabiq deputatın qızı Türkiyədə tutuldu - Video