Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6887

Digər sorğular

Mayın 8-də “OMON”çuların Şuşa uğrunda döyüşə atılmaması haqda deyilənlər yanlışdır...”

23:58  |    09 May 2020  |   E-mail  |  Çapa göndər

"Rövşən Cavadovla mən Laçının “Qayğı” qəsəbəsindən ermənilərlə atışaraq keçdik...”

“Yeltsin mayın əvvəlində Rusiya Müdafiə naziri Qraçova göstəriş vermişdi ki, Şuşa alınıb ermənilərə verilməlidir...”

“Bu gün Şuşanın, yaxud işğal altındakı digər bölgəmizin işğalının filanıncı ildönümüdür” deməkdən artıq yorulmuşuq. Son 28 il ərzində Şuşanın da, Laçının da işğalı barədə çox sayda faktlar söylənilib. Amma şahidləri dinlədikcə bəzilərinin hələ də işğal barədə nələrisə deyə bilmədiyi hiss olunur.

Görəsən, 1992-ci ilin fevral-aprel ayları ərzindəki qısa müddətdə ilk müstəqil addımlarını atmağa çalışan Azərbaycan Respublikasının Müdafiə və Daxili İşlər naziri vəzifələrində olmuş polis generalı Tahir Əliyevin Şuşanın işğalı barədə indiyədək demək istədiyi, ancaq deyə bulmədiyi nəsə qalıbmı?

1992-ci il mayın 8-də Şuşanın Turşsu qəsəbəsinədək gedib çıxmış general Moderator.az-a açıqlamasında bəzi ziddiyyətli məqamlara toxunub:

“Açığı, deyiləsi daha bir şey qalmayıb. Ruslar digər rayonlar kimi Şuşanı da bizdən aldılar, verdilər ermənilərə. Rusiyanın o vaxtkı Prezidenti Yeltsin əvvəlcədən tapşırığını vermişdi. Yəni Şuşanın işğal prosesində qaranlıq bir şey yoxdur. Düzdü, mayın 7-8-dək Şuşada xeyli canlı qüvvə və texnika var idi ki, bununla bəlkə də bir neçə gün müdafiə olunmaq olardı. Lakin məlumdur ki, Yeltsin mayın əvvəlində Rusiya Müdafiə naziri Qraçova göstəriş vermişdi ki, Şuşa alınıb ermənilərə verilməlidir. Və fakt odur ki, Rusiya Müdafiə Nazirliyinin xətti ilə Gürcüstanın Alazani şəhərindən “Qrad” və digər artilleriya qurğuları gətirilib Şuşa və Xankəndi ətrafındakı əlçatmaz dərələrdə yerləşdirilmişdi. Və rus artilleriya mütəxəssisləri vasitəsilə Şuşadakı əvvəlcədən kəşfiyyatın müəyyən etdiyi koordinat və trayektoriyalara uyğun olaraq yüksəklik, post və hərbi obyektləri vurdular. Yəni Rusiya ordu komandanlığı ermənilər üçün hərb elminin qanunlarına tam uyğun plan quraraq öncədən atəş hazırlığı etdilər, sonra da tank, “BMP” və piyada qoşunlarla genişmiqyaslı hücuma keçib çox az müdafiəçisi qalmış Şuşanı qısa müddətli döyüşlə ələ keçirdilər... Bu davanın hamısı Azərbaycanı Qərbin, ABŞ-ın təsirinə düşməsinə imkan verməyib MDB-yə daxil olmağa məcbur etmək idi”.

Sabiq nazir bu il mayın 6-da Qarabağ Azadlıq Təşkilatının təşkil etdiyi dinləmələrdə Şuşanın işğalı ilə bağlı qeyd olunmuş konkret bir məqama da toxunub.

“Yeri gəlmişkən, bu günlərdə “QAT.Qarabağa doğru” WhatsApp qrupunda “Hərbi yol – yeganə yol” mövzusunda QAT sədri Akif Nağının rəhbərliyi ilə keçirilmiş növbəti ictimai dinləmələrdə Şuşanın işğalı ilə bağlı müzakirələr aparılıb. Müzakirələrdə Şuşanın müdafiəsində iştirak etmiş Şuşa özünümüdafiə taborunun komandiri Fəxrəddin Səfərov çıxış edib. Bildiyimə görə, həmin müzakirələrdə vurğulanıb ki, guya Şuşaya köməyə gələn və Turşsu qəsəbəsinə çatan “OMON” qüvvələri şəhərə girməyiblər. Xahiş edirəm, hər kəs dəqiq bildiyi, şahidi olduğu faktlar barədə danışsın. Biz mayın 8-də Bakıdan iki vertolyotla uçmuşduq. Həmin uçaqlarda gedənlərdən təxminən 15 nəfəri mən də daxil olmaqla komandirlər, hərbçilər və jurnalistlər, 45 nəfəri isə rəhmətlik Rövşən Cavadov başda olmaqla “OMON”çular idi.

Onu da deyim ki, o zaman mən faktiki Daxili İşlər naziri deyildim – aprelin 25-də Yaqub Məmmədov mənim azad olunmam barədə fərman vermişdi. Sadəcə, o torpaqlara can yandıran bir adam kimi əlimdən gələni etmək üçün yollanmışdım.

Nə isə, vertolyotla Qubadlıya enib oradan avtomobillərlə yola düşdük Laçına doğru... Sarı Aşığın məzarı olan Güləbird kəndinə çatanda Laçın rayonunun polis rəisi Akif Səlimov qarşımıza çıxıb dedi ki, bəs Qayğı qəsəbəsindən heç cür keçə bilməyəcəksiz, ermənilər oranı atəş altında saxlayır. Lakin Rövşən də, mən də qətiyyətlə bildirdik ki, biz necə olursa-olsun, Şuşaya yaxın bir məntəqəyə gedib çatmalıyıq. Qayğı qəsəbəsində doğrudan da ermənilərlə xeyli atışdıqdan sonra yolumuza davam edə bildik. Təsəvvür edin ki, Laçın rayon mərkəzindən Turşsuya qədər yalnız bir yük maşını çıxdı qarşımıza. Onu saxlatdıq, sürücü dedi ki, Şuşada heç kəs qalmayıb. Xülasə, təxminən axşam saat 7-8-də çatdıq Turşsuya. Çatan kimi Rövşən Cavadov göstəriş verdi və bütün “omon”çular xidməti vəsiqələrini bir yerə toplayıb özləri ilə götürmədilər ki, birdən düşmən əlinə keçən olsa, kimliyi bilinməsin. Çünki 1991-ci ildən bəri “OMON” döyüşçüləri erməni terrorçularına qan uddurmuşdu. Və sonra onlar oradakıların hamısının gözü qabağında Şuşa istiqamətində döyüşə atılaraq şəhərin girişinədək gedib çıxdılar, bir neçə yüksəkliyi geri almağa cəhd etdilər. Lakin real vəziyyət belə idi ki, artıq ermənilər, öncə dediyim kimi rus zabit və mütəxəssislərin böyük dəstəyi sayəsində Şuşanın ətrafındakı bütün əsas yüksəklikləri ələ keçirmişdilər. Və bizim də şəhərdə çox az qüvvəmiz qalmışdı. Odur ki, cəmi 40-45 nəfər “omon”çu artıq heç nə etmək iqtidarında deyildi. Buna görə də ““OMON” gəldi, ancaq Şuşaya daxil olmadı” demək çox yanlışdır və o döyüşçülərə qarşı haqsızlıqdır. Briqada komandiri Elbrus Orucov özü də müsahibəsində deyir ki, mayın 8-i səhər saat 9-da Şuşanın taleyi artıq həll olunmuşdu...”

“Turşsuya çatanda oradan Şuşa ilə heç bir əlaqə yarada bilmədik. Çünki artıq Elbrus Orucov başda olmaqla briqada şəhərdən çıxmış pərən-pərən olmuşdu. Bərdə vasitəsilə Müdafiə naziri Rəhim Qazıyevlə danışıb vəziyyəti nəql etdim. O da dedi ki, Şuşaya qırıcı yollayacam. Biz təyyarənin gəlməyini gördük, amma göründüyü kimi, bunun da nəticəsi olmadı. Bir az sonra Zarıslıdan Elbrus Orucov gəlib çıxdı. Ona dişimin dibindən çıxanı dedim ki, necə oldu o boyda qüvvə ilə şəhərdən çıxdınız? Cavab verdi ki, biz daha əlverişli mövqe tutmaq üçün geri çəkilmişik. Xülasə, Şuşaya heç bir hücum baş tutmadıqdan sonra getdik çıxdıq Laçına. Mayın 8-i gecə Laçından mən Rəhim Qazıyevin müavini Vahid Musayevlə danışa bildim. Elbrus Orucov da danışıb məlumat verdi. Mən V.Musayevlə sərt danışdım ki, qəti bir tədbir görmək lazımdır. O da dedi ki, Şuşanı geri almaq üçün, ən azı, 40 ədəd zirehli texnika: tank, “BMP” lazımdır. Mən də ona cavab verdim ki, reyd dəstələrini göndər. Həmin reyd dəstələrini Müdafiə naziri olanda özüm yaratmışdım. Məlum olduğu kimi, həmin dəstələr də yalnız bir neçə gündən sonra gəlib çıxdı. Təəssüf ki, onlar da bir iş görə bilmədi. Bir sözlə, Şuşanı ermənilər yox, ruslar aldı...” - deyə sabiq Müdafiə naziri vurğulayıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.05.2020
Qarabağ üsyanı: Gəncədən sonrakı dalğa - Şanlı tarixin yüzüncü ili ekranda
29.05.2020
"Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və biz bu məsələni birdəfəlik tam həll etməliyik"
28.05.2020
“İki hərbi hissəmiz qısa müddətdə 7 rayonu işğaldan azad edə bilər” - Ekspert
27.05.2020
XOCALIDAN BUDAPEŞTƏ
27.05.2020
Azərbaycan erməni komandirin maşınını vurdu - Ermənistan mediası