Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6893

Digər sorğular

190 manatı ala bilməyənlərin nəzərinə: Yenidən cavab gələcək

15:21  |    08 May 2020  |   E-mail  |  Çapa göndər

"Mənim 190 manatlıq birdəfəlik yardıma ehtiyacım var, amma nazirlik müxtəlif səbəblər gətirərək bu birdəfəlik ödəməni verməkdən imtina edib.

Hətta 190 manata ehtiyacım olduğunu sübut da edə bilərəm" deyənlərin çoxluğunu nəzərə alaraq, "Telesəhər" məsələyə aydınlıq gətirməyə çalışıb.

Qazilər.az Axeber.az-a istinadla xəbər verir ki, verilişdə qonaq olan Dövlət Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyev qaranlıq məqamlarla bağlı suallara cavab verib.

C.Quliyev 190 manata ehtiyacı olduğunu sübut edə biləcək vətəndaşların qurumun yerli şöbələrinə şikayət və ərizə ilə müraciət etməli olduğunu bildirib:

"Xidmətin rayon şöbələri də daxil olmaqla, bu istiqamətdə işlər həyata keçiririk. Yerli qurumlar vətəndaşların ərizə və şikayətlərinə baxır. İmtinanın səbəbləri aydınlaşdırılır və əhaliyə cavab verilir".

Qurum rəsmisi "Heç elə olubmu ki, imtina cavabı alan kimsə gəlib və onun haqlı olduğu sübuta yetirilib. Həmin vətəndaşa birdəfəlik ödəmə edilib?" sualına "Bəli" deyə cavab verib:

"Belə hallar olub. Mən onu qeyd edim ki, 190 manatlıq birdəfəlik ödəmənin təyin edilməsi sistem vasitəsilə həyata keçirildi. Bu təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sistemi vasitəsilə edilmədi. Həmin məlumatlar digər qurumların da sistemləri ilə yoxlanıldı. Yoxlanılma zamanı xətalar ola bilər".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.06.2020
İyun ayında qeyri-iş günlərinin sayı bəlli oldu
01.06.2020
“Reabilitasiya” elektron sistemi yaxın aylarda işə salınacaq
29.05.2020
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatıb
27.05.2020
Elm adamları koronavirusun metroda necə yayıldığını göstərdi - Sərnişinlərin diqqətinə...
23.05.2020
Bu axşam Fitr bayramıdır - Zəkat necə çıxarılmalıdır?