Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6893

Digər sorğular

Əmək müqaviləsinə xitam verilmiş 700-dən çox şəxs işə bərpa edildi

23:44  |    07 May 2020  |   E-mail  |  Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti xüsusi karantin rejimi dövründə iş yerlərinin qorunması və işçilərin əsassız yerə işdən çıxarılmasının qarşısının alınması məqsədi ilə “Əmək müqaviləsi bildirişi” altsistemi üzərindən gündəlik nəzarət həyata keçirir.

Qaziler.az xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində sistemə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş daxil edən işəgötürənlərlə əlaqə saxlanılır. Xitam səbəbləri dəqiqləşdirilir, xitam qanunvericiliyə uyğun olmadıqda, həmin işçilərin işə bərpası təmin edilir.

Eyni zamanda ciddi səbəblər olmayan xitam halları ilə əlaqədar müvafiq işəgötürənlərlə sosial dialoq qurulur. Sosial məsuliyyət prinsiplərinin yüksək tutulması, karantin dövründə məşğulluq məsələlərinə həssaslıqla yanaşılması ilə bağlı onlara tövsiyələr verilir.

Bu sahədə işəgötürənlərlə artıq müsbət əməkdaşlıq təcrübəsi mövcuddur. Xüsusilə hazırkı şəraitdə məşğulluq məsələlərinin həllində sosial həmrəylik təşəbbüslərini dəstəkləyən işəgötürənlər tərəfindən bu tövsiyələr də nəzərə alınır.

Ümumilikdə Dövlət Əmək Müfəttişliyi Xidməti karantin dövründə əmək müqaviləsinə xitam verilmiş 700-dən çox işçinin yenidən işinə bərpasını təmin edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.06.2020
İyun ayında qeyri-iş günlərinin sayı bəlli oldu
01.06.2020
“Reabilitasiya” elektron sistemi yaxın aylarda işə salınacaq
29.05.2020
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatıb
27.05.2020
Elm adamları koronavirusun metroda necə yayıldığını göstərdi - Sərnişinlərin diqqətinə...
23.05.2020
Bu axşam Fitr bayramıdır - Zəkat necə çıxarılmalıdır?