Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 7073

Digər sorğular

Hər kəsə verilməyən çiçək

23:14  |    07 May 2020  |   E-mail  |  Çapa göndər


Qarabağın hər yeri gözəl idi.

Rəfail Tağızadə |

Dağı da, dərəsi də. Torpağı, suyu, havası da. Əldən yerə nə düşürdüsə, bitirdi. O yerlərdə qoz ağacını qarğalar əkirdi.

Baharı laləzara dönərdi.

Meyvələrin tamı, güllərin, çiçəklərin ətri bambaşqa idi.
Bənövşənin də...

Bir ellim məndən bənövşə istədi. Qarabağın bənövşəsini...
Utancaq, hamıya görünmək istəməyən, kolun dibində gizlənən, istədiyi adam gələndə boylanıb, “burdayam” – deyən, həssas, kövrək bənövşəni.

Baharı daha gözəl olan o yerlərdə – bənövşənin bağın harasında, hansı kolun dibində bitdiyini bilirdik. Bənövşə özü də əldə, evdə daha gözəl göründüyünü bildiyindən xoşu gəldiyi adamı görəndə, “məni dər” – deyə çağırırdı. Onun qarşısında əyiləndə özünü bənövşəni verəcəyin adamın qarşısındakı kimi hiss edirsən. İncidəcəyindən ehtiyatlanıb bir az ustufca, səliqə ilə üzürsən.

Bənövşə onun hər adama verilmədiyinin fərqində olduğundan naz edib yırğalanardı.
Onun görünüşü, baxışı başqa çiçəklərdən fərqlənir. Seçilir. Bu çiçəkdə xüsusi bir lütfkarlıq, özünəməxsus incə bir əda var. Üzülənə kimi nazlı, üzüləndən sonra tam sənin olur. Sinənə sığınan kimi sığınır əllərinə.
Bənövşələr...

İndi o yerlərdə yenə bənövşə bitirmi? İnanmıram. Bənövşə sevgi çiçəyidi. Sevgini daha çox duyur.

Qana susayana bənövşə baş qaldırmaz. Görsənməz.
Ağacı, kolu həsrətdən quruyan yerdə bənövşə bitməz.

Bənövşə əvvəlki əllərin mehriban uzantısını, sevgi dolu baxışlarını gözləyir.
Həssas, duyğulu, unatcaq, xəfif baxışlı, gözəl, zövqlü yaz çiçəyindən ötrü əllərim, baxışlarım darıxır. Sevgiyə darıxan kimi.

İçinə qısılan o bənövşəni, baxışlarımla dirçəldib sənə gətirəcəyəm. Gözün sevinsin.
Görməyənlər də görsün Qarabağ bənövşələrinin baxışlarını...

Rəfail Tağızadə
07.03.2020

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Müəllifin son yazıları
22.08.2019 KÖHNƏ KIŞI
18.12.2018 BAŞQALARI ÜÇÜN YAŞAYANLAR
17.10.2018 Qəbri bölünən qardaş
08.03.2018 Ölüləri basdırmağa yer axtarıram...
01.03.2017 Məmləkətin uğursuz kişiləri və ya Uğursuz məmləkətin hamilə kişiləri