Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6887

Digər sorğular

"Azərbaycanın “Polonez” silahını nəzərə alsaq, bu zərbələr Qarabağın bütün ərazisi əhatə edəcək"

15:08  |    06 May 2020  |   E-mail  |  Çapa göndər

İrəvan hakimiyyəti Dağlıq Qarabağ məsələsində destruktiv mövqe nümayiş etdirməkdə davam edir ki, bu da Bakını bu ərazidə antiterror əməliyyatları aparmaq hüququnun olduğunu bir daha xatırlatmağa məcbur edir.

Bəs onda Azərbaycanın işğal olunmuş ərazilərinin müharibə yolu ilə azad edilməsi ssenarisi necə ola bilər? Əməliyyat başlamazdan əvvəl hansı tədbirlər görülməlidir və nəhayət, Qarabağı güc yolu ilə qaytarmaq nə qədər vaxt alacaq?

Bu və digər sualları rusiyalı hərbi ekspert Aleksey Xlopotov cavablandırıb.

Əməliyyat üçün Bakı artıq tam hazırdır

Rusiyalı hərbi ekspertin sözlərinə görə, ilk növbədə Bakı bu hərbi əməliyyatın informasiya və siyasi adını təmin etməlidir:

“Bundan ötrü aşağıdakılar təmin edilməlidir:

* Baş verən hərbi əməliyyatları “antiterror əməliyyatı”, yaxud “terrorçular tərəfindən müvəqqəti zəbt olunmuş ərazilərin işğaldan azad edilməsi” adlandırmaq;

* İctimaiyyətdə Azərbaycanın hərəkətlərinin hüquqiliyinin təsdiq olunması üçün dünya KİV-lərində güclü təbliğat kampaniyası aparmaq;

* "Dqr"in qondarma rəhbərliyinin terrorizmlə və zorakı işğalçı rejimlə əlaqələrini təbliğ etmək;

* Azərbaycan xalqının Qarabağda çoxillik soyqırımı haqqında məsələ qaldırmaq;

* BMT-nin Dağlıq Qarabağın işğal edilmiş ərazi statusu ilə bağlı qətnaməsindən istifadə etmək;

* BMT-yə müşahidəçilərin ayrılması xahişi ilə müraciət etmək - bu zaman onların təyin olunub-olunmaması vacib deyil;

* Rəsmi olaraq əməliyyatın həyata keçirildiyini bəyan etmək, eyni zamanda ona polis statusu vermək və ordunun dəstək və təminat rolunda iştirak etməsini vurgulamaq;

* Azərbaycanın Ermənistanın ərazisi və müstəqilliyində gözü olmadığını bir daha bəyan etmək. Lakin xəbərdarlıq etmək lazımdır ki, Ermənistan ərazisindən atəş açılacağı və ya Ermənistandan hərbi yardım alınacağı təqdirdə, Azərbaycan cavab tədbirləri görməyə məcbur olacaq”.

A.Xlopotov hesab edir ki, qüvvələrin yerləşdirilməsi və əməliyyata hazırlıq açıq və nümayişkaranə şəkildə aparılmalıdır:

“Bu, qarşıdurma vəziyyətində olan tərəfi əsas qüvvələri təmas xətlərinə çəkməyə, ağır texnikanı yaşayış məntəqələrindən çıxarmağa məcbur edəcək ki, bu da gələcəkdə dinc əhali arasında itkilərdən qaçmağa imkan verəcək”.

Hərbi əməliyyatların başlanması…

Rusiyalı ekspertin sözlərinə görə, hazırda düşmən tərəfindən sərhədçilərə və ya Azərbaycanın dinc sakinlərinə atəş şəklində növbəti təxribatın baş verməsini gözləmək lazımdır:

“Buna qəti etiraz etmək, qarşı tərəfin cavabını gözləmək, daha sonra bütün raket-artilleriya ilə güclü zərbə endirmək lazımdır. Azərbaycan Silahlı Qüvvələrinin “Polonez” silahını nəzərə alsaq, bu zərbələr Qarabağın bütün ərazisi əhatə edəcək. Əməliyyat başlandıqdan dərhal sonra Qarabağ və ətraf ərazilər üzərində uçuşsuz zonanın elan edilməsi və S-300 kompleksi ilə göydə görünən hər bir uçan obyekti məhv etmək mümkündür. Amma yadda saxlamaq lazımdır ki, Ukrayna üzərində vurulan “Boinq” kimi təxribatlar da mümkündür. Buna görə də mülki hava gəmilərinin görünüşünü dəqiq izləmək vacibdir. Bu hal yarandıqda, mülki hava gəmiləri, uçuşsuz zonanı pozan obyekt kimi, yoxlamaq məqsədi ilə Bakıya enməyə məcbur edilməlidir.

Azərbaycanın bütün təmas xəttində ermənilərin müdafiəsini məhv etmək üçün qüvvə və vasitələri var”.

Ekspertin fikrincə, eyni zamanda, helikopter desantlarını birbaşa mühüm yaşayış məntəqələrinə yerləşdirmək, terrorçuların qarnizonlarını neytrallaşdırmaq, Bakının bu ərazilərdə hakimiyyətinin bərpasını elan etmək lazımdır. Növbəti mərhələdə yeni hərbi texnika və ağır silahlar göndərilməlidir.

A.Xlopotov hesab edir ki, ilk zərbən sonra tanklar və motodiviziyanın köməkliyi ilə güclü hücum edərək, mümkün qədər Qarabağ ərazisinin dərinliynə keçmək lazımdır:

“Bununla yanaşı, mülki insanlarla mümkün qədər nəzakətlə davranmaq, yardım göstərmək çox vacibdir.

Xankəndinin azad edilməsi və nəzarətə götürülməsi ayrıca mövzudur. Vəziyyəti birbaşa şəhərə çatdırmaq yolverilməzdir. Hücum qruplarının vəzifəsi – qondarma idarəetmə orqanlarını, rabitəni neytrallaşdırmaq, “polisi” tərksilah etmək, yerli qarnizonu bloklamaqdır. Əməliyyatın əhəmiyyətli hissəsi “yerli özünüidarəetmə orqanları”nı özünə tabe etməkdir”.

A.Xlopotovun sözlərinə görə, bu işi qabaqcadan görmək lazımdır. Hər hansı bir yolla “yerli özünüidarəetmə orqanı başçılarını” və ya onların “müavinləri”ni öz tərəfinə çəkmək olar:

“Tabe olmaq şərti ilə onların “vəzifələrinin” saxlanılmasına zəmanət vermək olar. Bununla yanaşı, “yerli orqanlar” keçid dövründə komendanların nəzarəti altında olmalıdır”.

Əməliyyatın vaxtı

“İlkin mərhələ – üç gün. Bu müddət ərzində Azərbaycan Silahlı Qüvvələrinin bölmələri Qarabağın ən iri yaşayış və strateji əhəmiyyətli məntəqələrini geri qaytarmağa nail olacaq.

İkinci mərhələ - qüvvələrin artırılması - 7 günə qədər. Bu mərhələnin başa çatması üçün bütün ərazi Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında olmalıdır.

Üçüncü mərhələ - mümkün müqavimət ocaqlarının təmizlənməsi - bir ay!

Əsas məsələ Azərbaycan bayrağının tezliklə bütün ərazidə qaldırılmasıdır və Konstitusiya qaydasının bərpa olunduğunu bəyan etməkdir”, – deyə A.Xlotov bildirib.

“Ermənistandan hərbi müdaxilə olacağı təqdirdə, hər dəfə BMT-yə və digər beynəlxalq təşkilatlara etiraz etməklə cavab zərbələri endirilməlidir. Qarabağ ərazisində silahlı müqavimət dayandırıldıqca, hərbi hissələr Ermənistan sərhədlərinə çəkiləcək. Əgər Ermənistandan müdaxilələr dayanmasa, İrəvanın ələ keçirilməsi və hökumətin devrilməsi, Ermənistanın BMT-nin birbaşa idarəsinə verilməsi üzrə əməliyyatı planlaşdırmaq lazım olacaq”, - Xlopotov qeyd edib.

Rusiyalı ekspertin sözlərinə görə, bu, qaçılmaz reallıqdır və bu reallıq Paşinyanı ayıltmalıdır:

“Azərbaycanın hərbi gücdən istifadə etdiyi təqdirdə nələr olacağını anlayan İrəvan danışıqlar masasına əyləşərək, Lavrovun mərhələli həll variantını qəbul etməyə məcbur olacaq”.

Axar.az
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.05.2020
Qarabağ üsyanı: Gəncədən sonrakı dalğa - Şanlı tarixin yüzüncü ili ekranda
29.05.2020
"Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və biz bu məsələni birdəfəlik tam həll etməliyik"
28.05.2020
“İki hərbi hissəmiz qısa müddətdə 7 rayonu işğaldan azad edə bilər” - Ekspert
27.05.2020
XOCALIDAN BUDAPEŞTƏ
27.05.2020
Azərbaycan erməni komandirin maşınını vurdu - Ermənistan mediası