Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6900

Digər sorğular

Müxalifət Prezidentin müttəfiqinə çevrilə bilərmi?

12:30  |    06 May 2020  |   E-mail  |  Çapa göndər


Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) bir neçə rayon icra başçısının həbsiylə nəticələnən əməliyyatları təsdiqləyir ki, bu gün Azərbaycan Prezidentinə ən böyük təhlükə müxalifət düşərgəsindən deyil, məhz hakimiyyətin öz içərisindən - dərin rişələrlə dövlət aparatında kök atmış “köhnələr”dən, cinayətkar maraq və vərdişlərindən əl çəkmək istəməyən oliqarxiyadan qaynaqlanır.

Elxan Şükürlü |

Uzağa getməyin, təkcə son 1 il ərzində Prezidentin çıxış və çağırışlarına, hakim komandada, hansı sektorlarda nə kimi dəyişikliklərin edildiyinə və xüsusən də dəyişdirilən adamların da öz yerlərinə gələnlərə qarşı elə bu böhran dövründəki davranışlarına, münasibətlərinə baxın, hər şey ən xırda detalınadək sizə aydın olacaq – bu çətin günlərdə kömək və dəstək əvəzinə, köstəbəklərtək yuvalarına çəkilib, “qızılunitaz”lı mağaralarında marığa yatıblar!

Əhəmiyyətsiz yanaşmayın: Prezidentin çağırışından sonra da neft gəlirlərinin ən pik vaxtlarında dövlət vəsaitlərini pay-püşk edənlər ortaya çıxmırlarsa və indiyədək KMDF-yə cəmisi 113 milyon manat toplanıbsa, bu, qızıl üzərində göbək isidən həmin köstəbəklərin mövcud hakimiyyətə gerçək münasibətini ortaya qoyur!

... Bəli, bugünlərdə yaşananlar bir daha qətiləşdirir ki, məhz “köhnələr” hər vasitə ilə yerlərinə gələn “yenilər”in uğur qazanmalarını, möhkəmlənmələrini istəmirlər, bu səbəbdən ya açıq, ya da gizli şəkildə islahat prosesini sabotaj etməyə, inadla müqavimət göstərməyə və cəmiyyətdə “əşşi, elə ən yaxşısı köhnələr idi, yenilər heç nə bacarmır” düşüncəsinin yaradılması yoluyla ümumxalq narazılığının, etirazların artırılmasına can atırlar...

Tarixi təcrübə göstərir ki, hakimiyyət içərisində islahat prosesinə mane olanlar ən qısa müddətdə zərərsizləşdirilmədikcə, kökləri qazıyıb çıxarılmadıqca, dibləri qurudulmadıqca, az bir müddət sonra onlar ya toparlanıb ortaya ciddi siyasi iddia qoyurlar, ya da qisas və qorxu hissinin təsiriylə onları dirçəltmiş, böyütmüş hakimiyyətin öz amansız qəniminə çevrilir, daha böyük xəyanətlərə imza atırlar...
Etiraf edək ki, son bir neçə ildə hakimiyyət komandasından vurulan və ya vəzifəsi dəyişdirilən adamlar içərisində açıq şəkildə siyasi iddia ilə ortaya çıxacaq və cəmiyyətin dəstəyini qazanacaq potensiala və xarakterə sahib bütöv şəxsiyyətlər - lider tip məmurlar yoxdur: bütün yüksəlişləri ya ata, ya oğul Əliyevin hesabına olub; hakimiyyətdə olduqları uzun illər ərzində də xidmətlərinin qarşılığını rəhbərlik etdikləri sahələrdə ən böyük rüşvətxor və korrupsionerə çevrilməklə, iri kapital, sərvət sahibləri olmaqla artıqlamasıyla alıblar. Yəni, nə hakim komanda, nə də cəmiyyət üzərində hansısa mənəvi üstünlüyə sahib deyillər...

Deməli, mövcud kritik situasiyalarda belə xaraktersizlərin, buqələmunların edə biləcəkləri bircə yol qalır: hakimiyyəti dəyişmək gücü olan müxalifət liderlərinə gizlicə dəstək vermək!

İndi ortaya başqa bir sual çıxır: yaxşı, bəs bizim bu ortadakı müxlifət liderləri necə, həmin şəxslərin dəstəyini qəbul edərmi?

Ötən illərin təcrübəsinə istinad edənlərin, eləcə də makiavellist düşüncə və əxlaq sahiblərinin cavabları indidən aydındır: dərhal!

Bəs, illərdir bu ölkənin demokratikləşməsi və bütövlüyü uğrunda mübarizə aparan gerçək dəyər sahibləri necə? Onlar da razı olacaqlarmı ki, bu xalqın qanını soranlar indi özlərini, əllərindəkini qorumaq naminə, taladıqlarından bir hissəni sərmayə kimi müxalif düşərgəyə yatırsınlar, onu körükləsinlər?!

Məncə, bizim sağlam, dövləti təfəkkürlü müxalifət liderləri böhran dövrünün yaradığı yeni situasiyanı nəzərə alaraq, populizmi, yalançı pafos və ritorikanı bir kənara tullamalı, son günlər aparılan həbslər fonunda soyuq başla düşünməli, qiymətləndirmə aparmalı və bu barədə açıq mövqe ifadə etməlidirlər - indi onlara islahatçı Əliyevin mövqeyi daha yaxındır, yoxsa cinayətkar oliqarxiyanın?
Çünki bu iki real güc arasındakı mövqe seçimi Azərbaycanın yaxın gələcəyində cərəyan edəcək siyasi hadisələrin axarını müəyyənləşdirəcək.

Hə, bəribaşdan onu da xatırladım ki, islahatçı Əliyev üzərinə seçim hakimiyyətdəki yeni komandanı daha arxayın şəkildə qollarını çırmalayıb oliqarxiyanın kökünü qazmağa girişməsi və gələcəkdə də ölkənin demokratikləşməsi istiqamətində birgə fəaliyyət deməkdir.

Oliqarxiya üzərinə seçim isə - növbəti dəfə xalqdan uzaq düşmə və sonu yaxşı aqibət vəd etməyən bir qarşıdurma...

Fikirləşmək vaxtıdır, dostlar!
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Müəllifin son yazıları
16.03.2017 Mədinədən başlanan yol: Azərbaycan seyidləri