Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6893

Digər sorğular

Bu şəxslər heç bir halda işsiz hesab edilmirlər - Nazirdən açıqlama

11:18  |    06 May 2020  |   E-mail  |  Çapa göndər

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Azərbaycan” qəzetinə müsahibə verib.

Məşğulluq haqqında qanunvericilikdə məşğul şəxs hesab olunanların dairəsinə sahibkarlar, əmək müqaviləsi, yaxud mülki-hüquqi xarakterli müqavilə əsasında işləyənlər, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri və b. daxildir. Bu kateqoriyalardan olan şəxslər heç bir halda işsiz hesab edilmirlər.

Qazilər.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

S.Babayev bildirib:

"Müraciət edən vətəndaşlardan hansılarının ki, adına aktiv VÖEN var, yaxud əmək, xidməti, yaxud mülki-hüquqi xarakterli müqavilə əsasında fəaliyyət göstərir, torpaq payı mövcuddur, bunlar barədə məlumatlar aidiyyəti qurumların elektron bazalarından əldə olundu. Məhz bu məlumatlara əsaslanmaqla, insan faktoru olmadan, elektron qaydada qərar qəbul edilərək, o şəxslərə imtina cavabı verildi. Müraciət edənlər sırasında maddi imkanları yetərli, hətta yüksək olanların da olduğu, belə insanların əslində 190 manatlıq vəsaiti əlavə gəlir kimi əldə etmək istədikləri məlum oldu. Məsələn, mülkiyyətində 2 və daha çox daşımaz əmlakı, avtomobillərivə s. olanlar müəyyən edildi. Təbii ki, sayı heç də az olmayan həmin müraciətçilərə imtina cavabı verildi, bu barədə konkret göstəriclər əsasında məlumatlar yayıldı. Maddi imkanları yaxşı səviyyədə ola-ola onların məhz aztəminatlı insanlar üçün ayrılan yardımı almağa cəhdləri haqlı olaraq kəskin ictimai qınağa səbəb oldu”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.06.2020
İyun ayında qeyri-iş günlərinin sayı bəlli oldu
01.06.2020
“Reabilitasiya” elektron sistemi yaxın aylarda işə salınacaq
29.05.2020
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatıb
27.05.2020
Elm adamları koronavirusun metroda necə yayıldığını göstərdi - Sərnişinlərin diqqətinə...
23.05.2020
Bu axşam Fitr bayramıdır - Zəkat necə çıxarılmalıdır?