Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6887

Digər sorğular

Ünvanlı sosial yardımın verilmə müddəti azaldılır: "...ələbaxımlılıq yaradır"

16:57  |    05 May 2020  |   E-mail  |  Çapa göndər

Azərbaycanda aztəminatlı ailələr üçün nəzərdə tutulan ünvanlı dövlət sosial yardımının ödəniş müddəti azaldılır.

Qazilər.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.

O deyib ki, hazırda ünvanlı dövlət sosial yardım iki il müddətinə təyin edilir:

"Bizim təhlillər onu göstərir ki, yardım müddətinin iki il olması bir çox hallarda aztəminatlı ailələrdə asılılıq, ələbaxımlılıq yaradır. Bunu aradan qaldırmaq üçün ünvanlı dövlət sosial yardımın alınma müddəti iki ildən bir ilə endirilir. Bu yardım təyin edildiyi ayın 1-dən etibarən 1 il müddətində təyin olunacaq".

B.Hüseynov bu məsələnin “Ünvanlı dövlət sosial yardım haqqında” qanuna təklif edilən yeni dəyişikliklər layihəsində öz əksini tapdığını söyləyib.

Nazirlik rəsmisi qeyd edib ki, layihə baxılmaq üçün artıq Milli Məclisə təqdim edilib.

B.Hüseynov təklif edilən dəyişikliklərin vətəndaşların sosial yardım almaq imkanlarını genişləndirdiyini söyləyib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.05.2020
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatıb
27.05.2020
Elm adamları koronavirusun metroda necə yayıldığını göstərdi - Sərnişinlərin diqqətinə...
23.05.2020
Bu axşam Fitr bayramıdır - Zəkat necə çıxarılmalıdır?
22.05.2020
Daha 5 DOST mərkəzinin açılacaq
22.05.2020
"Sənə pensiya düşmür" dedi, amma özü 4 uşaqlı qadının müavinətini 20 il yedi - XAÇMAZDA - VİDEO