Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6893

Digər sorğular

Karantin müddətində əlillərə 543 reabilitasiya vasitəsi verilib

20:41  |    01 May 2020  |   E-mail  |  Çapa göndər


Karantin müddətində əlilliyi olan şəxslərə 543 reabilitasiya vasitəsi evlərinə aparılaraq verilib

Qaziler.az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi xüsusi rejimli karantin müddətində gücləndirilmiş rejimdə səyyar xidmətlərini davam etdirir.
Bu müddət ərzində Mərkəz tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə 284 nəfər əlilliyi olan şəxsə 543 reabilitasiya vasitəsi yaşadıqları ünvanlara aparılaraq təqdim edilib.

Əlilliyi olan şəxslər müraciətlərinə əsasən ehtiyac duyduqları əlil arabası, dördayaqlı dayaq vasitəsi, qoltuqaltı və dirsəkaltı ağac, əsa və digər əsas və köməkçi reabilitasiya vasitələri ilə təmin olunub. Bu da əlilliyi olan şəxslərə və pandemiyanın yayılmasının qarşısının alınması üçün elan olunmuş xüsusi karantin rejimi ilə əlaqədar aparılan “Evdəqal” çağırışına dəstək məqsədi daşıyır.

Xatırladaq ki, Bakı, Sumqayıt, Xırdalan şəhərləri, o cümlədən Abşeron rayonunda yaşayan əlilliyi olan şəxslər 077 489 90 00, 077 489 90 04 və 077 489 90 05 nömrələrinə zəng etməklə ehtiyac duyduqları reabilitasiya vasitələri ilə bağlı müraciət edə bilərlər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.06.2020
İyun ayında qeyri-iş günlərinin sayı bəlli oldu
01.06.2020
“Reabilitasiya” elektron sistemi yaxın aylarda işə salınacaq
29.05.2020
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatıb
27.05.2020
Elm adamları koronavirusun metroda necə yayıldığını göstərdi - Sərnişinlərin diqqətinə...
23.05.2020
Bu axşam Fitr bayramıdır - Zəkat necə çıxarılmalıdır?