Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6899

Digər sorğular

Nikolun qayınından şok: Erməni kəşfiyyat şefi casus olub

15:06  |    30 Aprel 2020  |   E-mail  |  Çapa göndər

Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan Nikol Paşinyana Qarabağ danışıqlarıyla bağlı suallar verməyə başlayıb ki, özünün korrupsiya əməllərini diqqətlərdən yayındırsın.

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Mənim Addımım Blokunun deputatı, Nikol Paşinyanın qayını Qraçya Akopyan paylaşıb.

“Yəqin bir gün Vanetsyanın vəzifədən xarici xüsusi xidmət orqanları tərəfindən təsir altına salındığına görə çıxarılması aydınlaşacaq. Bəlkə də Baş nazir Nikol Paşinyan təzyiq altında ona xarici xüsusi xidmət orqanları tərəfindən casusluğa cəlb edildiyini etiraf etdirə bilib?” – deyə o bildirib.

Akopyanın sözlərinə görə, Vanetsyan Serj Sərkisyanın kürəkəni Mikayıl Minasyana sərvəti qarşılığında onun həbs edilməyəcəyi və Respublikaçılar Partiyasını gələcəkdə Ermənistanda hakimiyyətə gətirəcəyi vədini verib.

“Çoxları deyə bilər ki, əgər bütün bunlar həqiqətdirsə, Vanetsyana münasibətdə niyə cinayət işi açılmır. Dünya praktikası belədir ki, xarici agentlər yalnız ölkələrlə münasibətlər pozulmaq istəyəndə həbs edilir. Əgər münasibətləri pozmaq istəmirlərsə, onu sadəcə neytrallaşdırırlar ki, fəaliyyət göstərə bilməsin. Ermənistan indi heç bir ölkə ilə münasibətini pozmaq istəmir”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.06.2020
Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
04.06.2020
Rusiya XİN: "Qarabağ probleminin həlli çox uzandı"
04.06.2020
Paşinyanı istefa verməyə çağırdılar
03.06.2020
“Ya daha ciddi olmalısınız, ya da tarix sizi bağışlamayacaq...”
03.06.2020
Sergey Markov: “Nikol Paşinyan Azərbaycandan hərbi əməliyyatlara başlamağı xahiş edir” - MÜSAHİBƏ