Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6899

Digər sorğular

Elman Rüstəmovdan kreditlərlə bağlı mühüm açıqlama - VİDEO

23:09  |    28 Aprel 2020  |   E-mail  |  Çapa göndər


"Pandemiyadan zərər çəkmiş sahələrə kredit dəstəyi verilməsi üçün ciddi dövlət proqramı var".

Azvision.az xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov AzTV-yə müsahibəsində deyib.

E.Rüstəmovun sözlərinə görə, Mərkəzi Bank hökumətin proqramlarına əsasən banklara imkan verir ki, onlar sentyabrın 30-dək kreditləri restrukturizasiyası etsinlər: "Sadə dillə desək, banklara kreditlərin ödənilməsi vaxtını uzatmaqla bağlı tövsiyələr verilib. Artıq bu kreditlər Mərkəzi Bank tərəfindən "pis kreditlər" kimi nəzərə alınmır. Bununla bankların da vəziyyəti pisləşməyəcək. Əsas məsələlərdən biri odur ki, əhaliyə heç bir cərimə, dəbbə pulları hesablanmır. Bildiyimiz kimi, hər bir vətəndaşımızın və hüquqi şəxsin kredit tarixçəsi olur. Həmin şəxs növbəti dəfə kredit alanda, kredit tarixçəsi olduqca mühümdür. Banklar müraciət edən şəxsin tarixçəsinə baxır ki, həmin adamın kredit tarixçəsi müsbətdir, ya yox. Biz banklara tövsiyə etmişik ki, kredit ödənişinin vaxtı uzadılan şəxslərin kredit tarixçəsi pisləşməsin. Çünki onlar özlərindən asılı olmayan səbəblərdən kredit ödənişi vaxtını uzadırlar".

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.06.2020
Marketlərdə çörək tapılmır - VİDEO
05.06.2020
“Avtomobillər kamera vasitəsilə avtomatik cərimələnəcək“ - Kamran Əliyev
05.06.2020
“Toyları təxirə sala-sala getməyin ağlabatan izahı yoxdur” - Deputatdan REAKSİYA
05.06.2020
“Hazırkı məqamda Qarabağda hərbi əməliyyatların bərpası ehtimalı çox realdır”
05.06.2020
Türkiyədə koronavirusa yoluxma sayı 168 mini keçdi