Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6884

Digər sorğular

II Dünya Müharibəsi xatirələrindən: “Gizli radio”

13:43  |    27 Aprel 2020  |   E-mail  |  Çapa göndər


May ayının 9-da II Dünya Müharibəsində faşizm üzərində qələbənin 75 ili tamam olur

Qaziler.az bu münasibətlə müharibə və əmək veteranı Aydın Aslanovun II Dünya Müharibəsinin iştirakçısı olmuş atası ilə bağlı xatirəsini təqdim edir:

“Mən “gizli radio” barədə bu maraqlı hadisəni atamdan eşitmişəm.

Rəhmətlik atam, Aslanov M.S. II Dünya müharibəsinin iştirakçısı olub.

O, 1941- 1944-ci illərdə Sovet ordusu sıralarında almanlara qarşı vuruşub və 1944-cü ildə yaralanıb, kontuziya alaraq əlil olub və ordudan tərxis edilib.

Bakı şəhərində o zamanlar çox az evdə radioqəbuledici olardı. Eşitdiyimə görə, müharibə illərində radioqəbuledicilər əhalidən toplanmışdı. “Sovinformbiro”nun rəsmi cəbhə xəbərləri küçələrdə quraşdırılmış reproduktor qovşaqları vasitəsi ilə əhaliyə çatdırılırdı. Əlbəttə ölkə boyu radioda cəbhə xəbərləri ilə yanaşı, müxtəlif ümidverici verilişlər də yayımlanırdı. Əhalinin xarici ölkələrdən yayımlanan radio xəbərləri eşitməsi isə yasaqlanmışdı.



1939-cu ildə II Dünya müharibəsi başlayandan sonra mənim rəhmətlik babam Aslanov S.S. haradansa bir radio alır və bu barədə heç kimə bir söz demir. O həmin radionu bir neçə qat parçaya bükür və həyətlərindəki köhnə, işlənməyən bir quyunun içində - məxfi yerdə gizlədir. O, 2 il müdətində tez-tez gecələr həyətdən səs-səmir kəsiləndən sonra o gizli halda radionu quyudan çıxarır və Polşadan gələn cəbhə xəbərlərinə qulaq asırmış. II Dünya müharibəsi illərində Polşadan rus və ya polyak dillərində yayınlanan cəbhə xəbərləri onun üçün maraqlı idi. Bir müddət belə radionu qorxa-qorxa dinləyir, alman ordusunun hansı şəhərləri tutduğu barədə məlumat əldə edirdi. Əlbəttə, qonşulardan kimsə bu barədə xəbər tutsa idi, o zaman babam həbs olunaraq bəlkə də Sibirə sürgün edilərdi.



Faşist alman ordusu 1941-ci ildə SSRİ ərazisinə hücum edəndə mənim atam artıq ordu sıralarına çağırılmışdı. Babam cəbhədən xəbər tutmaq üçün gizlətdiyi radionu demək olar ki, hər gecə qorxa-qorxa quyudan şıxarıb Polşadan operativ cəbhə xəbərlərini dinləyir, real hadisələrdən gerçək məlumatları əldə edirdi. O, Polşadan gələn xəbərləri tanıdığı yaxın adamlara danışırdı. Elə buna görə müharibə illərində qohumlar və yaxın adamlar onu öz aralarında məxvi kod adı ilə, yəni “Polşa” deyə çağırıblar.

Müharibə bitdikdən sonra da babam bu köhnə radioqəbuledicini hələ bir müddət dinləyib. Sonrakı illərdə o həmin radionu ya satmış, ya da kiməsə bağışlamışdı.
Atamın mənə coxdan danışdığı bu qısa hadisə yaddaşımda ilişib qalmışdı. II Dünya müharibəsinin bitməsinin 75 illiyi ilə əlaqədar onu xatırlamaq yerinə düşərdi...

Aydın Aslanov
Müharibə və Əmək veteranı“
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.05.2020
Azərbaycan himni Ukrayna dilində ifa edildi - VİDEO
28.05.2020
Oğlu Rəsulzadənin dəfninə getməkdən niyə imtina edib? - VİDEO
28.05.2020
Ramil Səfərov söhbətinə nöqtə
27.05.2020
102 yaşın mübarək, Azərbaycan!
26.05.2020
Sabiq deputatın qızı Türkiyədə tutuldu - Video