Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6885

Digər sorğular

Vaqif Aydınoğlu ATV-dən GETDİ

19:32  |    25 Aprel 2020  |   E-mail  |  Çapa göndər


Azad Azərbaycan Televiziyasının (ATV) İctimai-siyasi verilişlər departamentinin baş redaktoru, tanınmış teleaparıcı Vaqif Aydınoğlu televiziyadan ayrılıb.

Modern.az xəbər verir ki, bu barədə V.Aydınoğlu özünün sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 18 il çalışdığı ATV kanalından öz ərizəsi ilə işdən çıxıb:

“Təbii ki, 18 il eyni şirkətdə çalışmaq, müxbirlikdən baş redaktor və departament rəhbəri vəzifəsinədək yüksəlmək mənə göstərilən böyük etimad idi. Bu müddət ərzində istər xəbər rəhbəri kimi, istərsə də 10 ildən artıq dövrdə müəllifi və aparıcısı olduğum “HəftəSonu” analitik informasiya proqramında hər zaman dövlətimin və xalqımın milli mənafeyi mənim üçün əsas prioritet olub. Bundan sonra da işlədiyim sahədən asılı olmayaraq vicdanlı vətəndaş kimi dövlət və dövlətçiliyin keşiyində olacam. İnşallah yeni iş yerim və vəzifəmlə bağlı tezliklə məlumat verəcəm”.

Qeyd edək ki, Vaqif Aydınoğlunun "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin müavini kimi çalışacağı ilə bağlı iddialar yayılsa da, jurnalist bununla bağlı rəsmi qərar olmadığını söyləyib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.05.2020
Azərbaycan himni Ukrayna dilində ifa edildi - VİDEO
28.05.2020
Oğlu Rəsulzadənin dəfninə getməkdən niyə imtina edib? - VİDEO
28.05.2020
Ramil Səfərov söhbətinə nöqtə
27.05.2020
102 yaşın mübarək, Azərbaycan!
26.05.2020
Sabiq deputatın qızı Türkiyədə tutuldu - Video