Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6884

Digər sorğular

Bu dərəcədə ictimai qorxaqlıqla biz hara gedirik?

11:21  |    25 Aprel 2020  |   E-mail  |  Çapa göndər

Böyük Vətən müharibəsi Qarabağ müharibəsidir...

Milli Məclisin 30 mart iclasında ilk dəfə "Böyük Vətən müharibəsi" ifadəsinin yanlış olduğunu, bunun bizim milli maraqlarımıza uyğun olmadığını, bizim üçün Böyük Vətənin Azərbaycan, Böyük Vətən müharibəsinin də Qarabağ müharibəsi olduğunu söyləyərək bunu "2-ci dünya müharibəsi" sözləri ilə əvəzləməyi təklif etdim. Həmin iclasda çıxış edən deputat həmkarlarım anlaşılmaz arqumentlərlə hamısı "Böyük Vətən müharibəsi" adının qalmasına tərəfdar olduqlarını bildirdilər.

Bir həftə sonra ictimaiyyət nümayəndələri bu məsələ ilə bağlı imza toplayaraq bir kampaniya başlatdılar. Bu məsələnin tərəfimizdən gündəmə gətirilməsini görməzdən gəlsələr də, hər bir halda işin faydasına olan bir kampaniya olduğunu vurğulayaraq bu prosesi təqdirlə qarşıladıq. Milli Məclisin növbəti iclasında yenə də məsələ ikinci oxunuşda müzakirə olunarkən böyük əksəriyyət "Böyük Vətən müharibəsi" adının doğru olduğunu çıxışlarında bildirdi. Biz sakitcə bu məntiqsiz yanaşmanı seyr etməklə məşğul olduq və Qanun bu adla qəbul olundu.

Lakin yeganə şəxs olaraq əleyhinə səs verdim. İndi budur, baxıram ölkə prezidenti bu mövzuya aid bir məsələdə sərəncam verib və həmin sərəncamda hər şey öz yerinə qoyulub: 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə verilən imtiyazlarla bağlı sərəncamdır bu. Ad doğru seçilib. Ölkə prezidenti ölkə üçün milli həssaslıq tələb edən məsələdə həqiqətən də səsləndirilən ideyalara çox ciddi həssaslıqla yanaşdığını ortaya qoydu. İndi bu adın doğru olmadığını söyləyən tapılacaqmı?

Bu gün 27 aprellə - müstəqilliyimizin süqutunun 100 illiyi ilə bağlı qaldırdığım məsələdə də təqribən eyni münasibəti gördüm. Milli maraqlarımızı ifadə edərkən bir çoxları sanki bir məsələ üzərində həyəcan keçirirlər: Bu qonşu dövlətlərin xoşuna gəlməyə bilər. Biz axı hansısa dövləti ittiham etmirik, baş vermiş tarixi faktı qeyd edirik. Bu dərəcədə ictimai qorxaqlıqla biz hara gedirik?

Fazil Mustafa, Millət vəkili
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.05.2020
Azərbaycan himni Ukrayna dilində ifa edildi - VİDEO
28.05.2020
Oğlu Rəsulzadənin dəfninə getməkdən niyə imtina edib? - VİDEO
28.05.2020
Ramil Səfərov söhbətinə nöqtə
27.05.2020
102 yaşın mübarək, Azərbaycan!
26.05.2020
Sabiq deputatın qızı Türkiyədə tutuldu - Video