Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6899

Digər sorğular

Əli bəy Hüseynzadənin qızı 101 yaşında vəfat edib

09:50  |    25 Aprel 2020  |   E-mail  |  Çapa göndər

Əli bəy Hüseynzadənin qızı Feyzavər xanım Alpsar Turan dünyasını dəyişib.

APA Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, Feyzavər xanım Alpsar İstanbulda 101 yaşında vəfat edib.

Feyzavər Alpsar 31 dekabr 1919-cü ildə anadan olub.

2017-ci ildə Feyzavər xanım tərəfindən Əli bəy Hüseynzadəyə aid 37 təsviri sənət əsəri, 48 fotoşəkil, 53 şəxsi əşya, 22 orden, medal və nişanlar, eləcə də ipək üzərində çap olunmuş "Həyat” qəzeti Azərbaycan hökumətinə hədiyyə olunub. Bu əsərlərin 61 ədədi Azərbaycana gətiriləndən sonra bərpa edilib. Əsərlər hazırda Azərbaycan İstiqlal Muzeyində sərgilənir.

2018-ci il il martın 17-də Əli bəy Hüseynzadənin dünyasını dəyişdiyi gün Feyzavər xanım "Dostluq" ordeni ilə təltif edilib.

Qeyd edək ki, ötən il isə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Feyzavər Alpsar Turanı İstanbuldakı evində ziyarət edib. Komitə sədri Xalq Cümhuriyyətin yaradılmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyevin imzaladığı Sərəncama uyğun olaraq, Xalq Cümhuriyyətin yaradılmasında iştirak edən şəxslərin ailə üzvlərinə verilən "Xalq Cümhuriyyətinin 100 illik medalı"nı Feyzavər Alpsara təqdim etmişdi.

Feyzavər xanım Alpsar Turan sabah İstanbulun Şişli rayonundakı Zincirlikuyu məzarlığında dəfn olunacaq.

Allah rəhmət eləsin!
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.06.2020
“Bu teatrda 4 müdir görmüşəm, beləsi ilə rastlaşmamışam” - Tanınmış aktyordan etiraz
31.05.2020
Leyla Bədirbəylinin 100 illiyi münasibətilə poçt markası buraxılıb
21.05.2020
26 illik nazirin həzin sonu - VİDEO
19.05.2020
Xalq artisti ölüm xəbərini yayanlara səsləndi: “Zeynəb hələ ölməyəcək!”
13.05.2020
Emin Ağalarov ikinci həyat yoldaşından da ayrıldı - FOTO