Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6884

Digər sorğular

Mənsimovun həbsindən öncə son tapşırığı

20:23  |    24 Aprel 2020  |   E-mail  |  Çapa göndər


Mübariz Mənsimovun doğma Miyənkü kəndinin (Masallı rayonunda yerləşir – red.) gəncləri kəndə gələn yolun işıqlandırılması ilə bağlı müraciət ediblər.

Onlar bildiriblər ki, bir çox kəndlərin yolları işıqlandırıldığı üçün bu kəndə gələn yolun da işıqlandırılması insanların rahatlığını artırardı.

Axar.az xəbər verir ki, bu məlumatı Palmali Şirkətlər Qrupunun mətbuat katibi Fidan Quliyeva qeyd edib. O bildirib ki, Mənsimov düşünmədən bu iş üçün büdcə ayırıb:

“Onun növbəti təlimatı da bu yola işıq çəkilməsi ilə bağlı idi. Həbs edilməzdən bir az əvvəl göstərişlərini vermişdi. Hazırda vəsait ayrılıb, dirəklər qoyulub. Mənsimovun həbsi bu yol üçün çalışanları ruhdan salsa da, onlar gələn həftə artıq kabelçəkmə işlərinə başlayacaqlarını deyiblər. Çox qısa zamanda kəndə gedən yol işıqlandırılacaq. Ümid edirik ki, çox qısa bir zamanda hər şey yoluna qoyulacaq, Mübariz bəyin düşdüyü qaranlıq yol da aydınlaşacaq”.

Qeyd edək ki, Palmali Şirkətlər Qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimov FETÖ ilə əlaqədə suçlu bilinərək, martın 15-də saxlanılıb, 17 martda isə barəsində istintaq müddətində həbs qərarı verilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.05.2020
Azərbaycan himni Ukrayna dilində ifa edildi - VİDEO
28.05.2020
Oğlu Rəsulzadənin dəfninə getməkdən niyə imtina edib? - VİDEO
28.05.2020
Ramil Səfərov söhbətinə nöqtə
27.05.2020
102 yaşın mübarək, Azərbaycan!
26.05.2020
Sabiq deputatın qızı Türkiyədə tutuldu - Video