Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6885

Digər sorğular

İcra Hakimiyyətindən özünü güllələyən məmurla bağlı AÇIQLAMA

20:21  |    23 Aprel 2020  |   E-mail  |  Çapa göndər


Lerik rayonunda 43 yaşlı şəxs ov tüfəngi ilə özünü güllələyib.

1977-ci il təvəllüdlü Qalib Naib oğlu Quliyev yaşadığı evin həyətində odlu silahla özünü vurub. Hadisəyə səbəb kimi isə şəxsin külli miqdarda borcu olduğu bildirilir.

Cinayətlə bağlı Modern.az-a danışan Lerik rayon İcra Hakimiyyətinin başçısının müavini Habil Məlikov deyib ki, intihar cəhdi hələ tam aydın deyil. Onun sözlərinə görə, istintaq hadisəni dəqiq müəyyənləşdirməyə imkan verəcək:

“İndi müxtəlif versiyalar irəli sürmək olar. Amma hazırda hüquq-mühafizə orqanları tərəfinən iş davam etdirilir və nəticələr bəlli deyil. Mərhum bizdə işçi, yaxşı yoldaş idi. Uzun illər bir yerdə çalışmışıq. Amma hansı səbəbdən dolayı bu hal baş verə bilər, onu deyə bilmərəm. Karantinlə əlaqədar olaraq işə gəlmirdi, ancaq ehtiyac yarananda onu işə dəvət edirdik. Son zamanlar hər hansı qəribə hal, ya narahatlıq hiss etməmişdik. 2 övladı var, ailəlidir”.

Qeyd edək ki, ölən şəxs Qalib Naib oğlu Quliyev Lerik Rayon İcra Hakimiyyəti aparatında humanitar şöbədə məsləhətçisi vəzifəsində çalışıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
28.05.2020
Azərbaycan himni Ukrayna dilində ifa edildi - VİDEO
28.05.2020
Oğlu Rəsulzadənin dəfninə getməkdən niyə imtina edib? - VİDEO
28.05.2020
Ramil Səfərov söhbətinə nöqtə
27.05.2020
102 yaşın mübarək, Azərbaycan!
26.05.2020
Sabiq deputatın qızı Türkiyədə tutuldu - Video