Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6894

Digər sorğular

ÜST: 2021-ci ilin sonunadək beynəlxalq turnirlər ləğv olunsun

10:27  |    22 Aprel 2020  |   E-mail  |  Çapa göndər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və UEFA arasında onlayn-konfrans keçirilib.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, iki saat yarıma yaxın çəkən danışıqlar mübahisə və yüksək tonda danışıqlarla diqqət çəkib.

ÜST koronavirus pandemiyası ilə əlaqədar 2021-ci ilin sonunadək beynəlxalq turnirlərin ləğv edilməsini tövsiyə edib. Qurumun iki epidemioloqunun təqdimatından sonra belə addımın vacibliyi qeyd olunub. Mütəxəssislər müxtəlif ssenarilər barədə danışaraq 2021-ci ilin sonunadək ləğvetmələri zəruri sayıb.

Bu tövsiyələrə əməl etmək məcburiyyətində olmayan UEFA ÜST-ün əsasları ilə razılaşmayıb. Çünki tövsiyələrə əməl etmək 2021-ci ilin yayında 12 şəhərdə, o cümlədən Bakıda keçiriləcək AVRO-2020-nin də ləğvi anlamına gələr.

Nəticədə tərəflər ortaq məxrəcə gəlməyib. UEFA məsələ ilə bağlı əlavə onlayn-məsləhətləşmələr keçirilməsini gözləyir.

Qeyd edək ki, dünən milli assosiasiyalarla da analoji konfrans keçirən UEFA milli çempionatların başa çatdırılması, ardınca avrokubokların da oynanılmasının tərəfdarı olduğunu nümayiş etdirib. Qurum milli komandaların payızdakı oyunlarının da keçirilməsinin mümkünlüyünü bəyan edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
29.05.2020
Operativ Qərargah idman zallarının açılmamasına aydınlıq gətirib
29.05.2020
Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verildi, amma...
27.05.2020
Ukrayna çempionu intihar etdi
26.05.2020
Həbib Nurməhəmmədov koronavirus testindən imtina etdi
22.05.2020
Kamil Zeynallı azadlığa çıxdı