Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6899

Digər sorğular

Bakıya köçmək istəyən məşhur aktyor – əslən azərbaycanlı imiş

20:04  |    20 Aprel 2020  |   E-mail  |  Çapa göndər


Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs türk kinosunun ən məşhur simalarından biridir. Ozan Akbabadan danışırıq.

Ozan Akbaba – mühəndis, musiqçi, teatr, kino və serial aktyoru, rejissor və ssenarist. 10-dan çox tammetrajlı bədii, 10-dan çox qısametrajlı filmdə, 10-a yaxın serialda rol alıb. 25 qısa film üçün musiqi bəstələyib. “Oyunculuk ve Film Müziği” studiyasında çalışır.

Ozan Akbaba 1982-ci ildə Türkiyənin Qars şəhərində doğulub. Valideynləri və nəsil-şəcərəsi Azərbaycandan Qarsa gəlmədir. Təhsil aldığı Akdeniz Universitetinin İncəsənət fakültəsində memarlıq ixtisasına yiyələnib. Bədii film, serial və teatr səhnələrində rol alan Akbaba həm də, peşəkar musiqiçi və bəstəkardır. Bir çox filmin bəstələri onun adı ilə bağlıdır. Habelə 2014-cü ildə məşhur türk müğənni Sılanın “Vaziyetler” adlı mahnısına çəkdirdiyi klipində rol alıb.

Aktyor 2015-ci ildən “ATV”də yayımlanan məşhur “Eşkıya Dünyaya Hükümdar Olamaz” serialında İlyas Çakırbeyli obrazını canlandırır. Ozan Akbaba bundan başqa, “Aman reis duymasın”, “Abluka”, “Mutlak adalet”, “Krallar kulübü”, “Kadir və kardeşleri”, “Ammar: Cin tarikatı”, “Sürgün inek”, “Yarım Kalan mucize” və “Bir hikayem var” kimi bədii filmlərdə rol alıb.

“Güldür güldür”, “Poyraz Karayel”, “Arka sokaklar”, Kuzey Güney”, “Cennetin sırları”, “Kavak Yelleri, “Kırık kanatlar” isə onun ayrı-ayrı vaxtlarda “Eşkıya Dünyaya Hükümdar Olamaz” ilə yanaşı, rol aldığı seriallardır. Ozan Akbabanın çox sayda obraz canlandırdığə teatr tamaşaları da var.

Ozan Akbaba öz Azərbaycan sevgisini beş ildir Türkiyədə reytinq rekordları qıran “Eşkıya Dünyaya Hükümdar Olamaz” serialında oynadığı Azərbaycan rəqsi “Tərəkəmə” ilə göstərdi. Qısa bir səhnə ilə Azərbaycandakı pərəstişkarlarının sevgisini birə on artıran məşhur aktyor Bakıya gəlişində ölkəmiz haqda xoş sözlər də dedi.

Paytaxtımıza ilk gəlişində Ozan Akbaba bu sözlərlə yadda qaldı:

“Bakı möhtəşəmdir. Burada olan dostlarımdan bir çox tövsiyələr almışam. Hətta burada yaşamağa belə gələrəm. Nə vaxtsa, dostum və həmkarım Oktay Kaynarca kimi buradan ev almaq imkanımız olar.

Azərbaycana ilk dəfə gəlirəm. Bakını çox bəyəndim. Serialdakı həmkarlarımın çoxu burada olub. Həmişə Bakı haqda xoş sözlər deyirdilər. Həmçinin mənim soyum buradandır. Buna görə də, Bakıya özəl marağım və istəyim var”.

Akbaba həmişə Azərbaycan mahnıları dinlədiyini və sənətçilərimizi bəyəndiyini də diqqətə çatdırdı: “Bir çox qulaq asdığım sənətçiləriniz var. Rəşid Behbudovu, kamança ifaçınız İmamyar Həsənovu, Şövkət Məmmədovanı çox sevirəm. Xüsusi olaraq operalarınıza qarşı böyük sevgim var. Məsələn, “Arşın mal alan” operettanızı çox bəyənirəm”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.06.2020
“Bu teatrda 4 müdir görmüşəm, beləsi ilə rastlaşmamışam” - Tanınmış aktyordan etiraz
31.05.2020
Leyla Bədirbəylinin 100 illiyi münasibətilə poçt markası buraxılıb
21.05.2020
26 illik nazirin həzin sonu - VİDEO
19.05.2020
Xalq artisti ölüm xəbərini yayanlara səsləndi: “Zeynəb hələ ölməyəcək!”
13.05.2020
Emin Ağalarov ikinci həyat yoldaşından da ayrıldı - FOTO