Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6899

Digər sorğular

“Azəriqaz”ın baş direktoru videobağlantı ilə vətəndaşları qəbul edib - VİDEO

19:47  |    18 Aprel 2020  |   E-mail  |  Çapa göndər


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Respublikanın Cənub bölgəsində yaşayan sakinlərlə birbaşa videobağlantı yaratmaqla onlayn vətəndaş qəbulu keçirib.

Qaziler.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, Lənkəran Regional qaz istismarı İdarəsinə gələn vətəndaşların qəbulda iştirakı üçün karantin rejiminin tələbləri gözlənilməklə şərait yaradılıb.

Belə ki, onlar idarəyə daxil olmazdan öncə dezinfeksiyaedici məhlullarla əllərini təmizləyib və qoruyucu tibbi maskalarla təmin ediliblər. Bağlantı yaradılan otaqda isə onlar məsafə saxlanılmaqla yerləşdirilib. Qəbulda bölgənin 20-yə yaxın vətəndaşı növbəli şəkildə fikirlərini səsləndiriblər.

Birliyin baş direktoru ilə söhbətləri zamanı onlar əsasən istifadə etdikləri sayğacların əvəzlənməsi, yaşayış məntəqələrinin qazlaşdırılması, işə qəbul və müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib.

Sonda Lənkəran Regional qaz istismarı İdarəsinin rəhbərliyinə dərhal həll edilməsi mümkün olan məsələlərin vaxtında icrası tapşırılıb. Xüsusilə karantin rejimi dövründə abonentlərin müraciətlərinə operativ və anlayışla yanaşılması göstərişi verilib.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.06.2020
Müharibə veteranlarına 46 gündən az olmayan məzuniyyət verilməsi təklif olunur
03.06.2020
Azərbaycanda hadisə! Səsini yazıb özünü tövlədə asdı - ƏTRAFLI
02.06.2020
İyun ayında qeyri-iş günlərinin sayı bəlli oldu
01.06.2020
“Reabilitasiya” elektron sistemi yaxın aylarda işə salınacaq
29.05.2020
Mənzillə təmin edilən şəhid ailələri və müharibə əlillərinin sayı 7700-ə çatıb