Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6899

Digər sorğular

Yeni baş separatçının Kəlbəcər təxribatı – Müharibə üçün səbəb!

18:04  |    17 Aprel 2020  |   E-mail  |  Çapa göndər


Ermənilərin Kəlbəcərdə su elektrik stansiyasının inşasını davam etdirməsi təxribatdan başqa bir şey deyil.

Bundan öncə də bu tipli təxribatlara əl atıblar. Düşünürəm ki, erməni tərəfinin təxribatlarının qarşısını birdəfəlik almaq lazımdır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Zülfüqarov Dağlıq Qarabağda təktərəfli keçirilən qondarma prezident seçkilərinin “qalib”i Araik Arutunyanın ilk bəyanatında Kəlbəcərdə su elektrik stansiyasının tikintisinin başa çatdırılacağını deməsini şərh edərkən bildirib.

Politoloq vurğulayıb ki, mövcud vəziyyət Azərbaycanın işğal altındakı torpaqlarını geri qaytarmaq yolunda addım atmasının zəruri olduğunu göstərir:

“Ermənilərin Dağlıq Qarabağda qondarma seçkilər keçirməsi və indi də infrastruktur işlərinə başlaması faktiki müharibə səbəbidir. Görünür, danışıqlar prosesi ermənilərin vecinə deyil. Bu gün ermənilərin davranışlarından bir nəticəyə gəlmək olar: düşmən çox rahatdır və heç bir beynəlxalq normanı, hüququ tanımır. Belə olduğu halda Azərbaycan tərəfinin məsələyə danışıqlar müstəvisindən baxması doğru deyil”.

Politoloq qeyd edib ki, ermənilərin son zamanlar bu cür əndazədən çıxmasının başlıca səbəbi həmsədrlərin fəaliyyətsizliyidir:

“Bu gün həmsədrlər münaqişənin həllində real addım atmırlar. Faktiki olaraq həmsədrlər təmas xəttində reyd aparmaqdan başqa bir şey etmirlər. Biz münaqişənin nizama salınması və işğalın dayandırılması üçün həmsədrlərə etimad etdik. Onlar isə nəinki işğalın qarşısını aldılər, əksinə, 30 il işğal faktı ola-ola münaqişənin həllində əsaslı heç bir iş görmədilər. Digər tərəfdən ermənilərin istənilən təxribat əməllərinə göz yumurlar. Əgər danışıqlar prosesi münaqişənin həll yolunu ermənilərin lehinə uzadılmasıdırsa, biz bununla barışa bilmərik”.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.06.2020
Qarabağda erməni əsgər öldü, yaralılar var
02.06.2020
"Rusiyanın Bakını cilovladığını düşünmək Ermənistan ordusuna təhqirdir..." - erməni nəşri
02.06.2020
Qarabağdan danışmaq yasaqlanır?..
01.06.2020
Ötən il işğal altındakı Azərbaycan ərazilərində ölən erməni hərbçilərin sayı açıqlanıb
01.06.2020
"Parlamentimiz müharibə qərarı verməyə risk etmir..." - Qarabağ qazisi