Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6475

Digər sorğular

Tərtər rayonunda inşa olunmuş 54 mənzilli yaşayış evi Qarabağ əlilləri və şəhid ailələrinə paylandı

21:00  |    15 İyun 2015  |   E-mail  |  Çapa göndər

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Tərtər rayonunda inşa olunmuş 6 mərtəbəli 54 mənzilli yaşayış evi ölkəmizin ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin istifadəsinə verilib.

Bu barədə QAZİLER.AZ saytına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Mənzillərin təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbir iştirakçılarını 15 İyun-Azərbaycan xalqının Milli Qurtuluş günü münasibəti ilə təbrik edib, onlara xoş arzularını çatdırıb: “1993-cü ilin 15 iyun günü xalqımızın Milli Qurtuluş günü kimi Azərbaycan tarixinin ən şərəfli səhifələrindən birinə çevrilib və xalqımız hər il bu günü yüksək bayram əhvali-ruhiyyəsi ilə qeyd edir. Çünki həmin gün dünya şöhrətli siyasi şəxsiyyət Ümummilli liderimiz Heydər Əliyevin xalqın çağırışı ilə yenidən respublika rəhbərliyinə qayıdışı Azərbaycanın o zaman məruz qaldığı son dərəcə kəskin hakimiyyət böhranından, yenicə qazanılmış dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən, vətəndaş qarşıdurmasından, xaos və anarxiyadan xilasına imkan yaratdı. Ulu öndərimizin zəngin dövlətçilik təcrübəsi, müdrik və uzaqgörən siyasəti, yorulmaz fəaliyyəti sayəsində Azərbaycanın müqəddəratı tənəzzüldən tərəqqiyə doğru dəyişdi, ölkədə dünyəvi dəyərlər əsasında müstəqil dövlət quruculuğu təmin olundu, uzunmüddətli sosial-iqtisadi inkişafın güclü əsasları yaradıldı”.

Nazir Ümummilli liderimizin müstəqil dövlətin qurulması kimi olduqca çətin və şərəfli missiyanı yerinə yetirməklə yanaşı, əhalinin sosial müdafiəsi sahəsində də misilsiz tarixi xidmətlər göstərdiyini bildirib: “Yalnız onu qeyd etmək kifayətdir ki, Ulu öndərin imzaladığı fərman və sərəncamlar, qəbul etdiyi qərarlar nəticəsində pensiya və müavinətlərin orta aylıq məbləği 1995-2003-cü illər ərzində 8 dəfə artıb. Müharibə əlilləri və şəhid ailələrinin dövlət hesabına mənzillərlə, əlilliyi olan şəxslərin minik avtomobilləri ilə təminatına da məhz ötən əsrin 90-cı illərində Ümummilli liderimiz Heydər Əliyev tərəfindən başlanılıb”.

S.Müslümov Ulu öndər Heydər Əliyevin sosial inkişaf kursunun 2003-cü ildən Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, sosial təminat sisteminin bütün sahələrində olduğu kimi, müharibə əlillərinin və şəhid ailələrinin yeni mənzillərlə təminatında da mühüm addımların atıldığını vurğulayıb: “Ötən il ölkəmizin müxtəlif bölgələrində yeni yaşayış evləri istifadəyə verilməklə, 174 nəfər müharibə əlili və şəhid ailəsi mənzillə təmin olunub. Cənab Prezidentin 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən, 2014-cü il yanvar ayının 1-dək mənzil növbəsinə dayanmış 5731 nəfər əlil və şəhid ailəsinin 2014-2018-ci illərdə mənzillə təmin edilməsi nəzərdə tutulur. Sərəncamın icrası işləri uğurla yerinə yetirilir. Hazırda müharibə əlilləri və şəhid ailələri üçün Bakıda 12 mərtəbəli 96 mənzilli, İmişli və Beyləqan rayonlarında hər biri 6 mərtəbəli 54 mənzilli, Şamaxı rayonunda 4 mərtəbəli 36 mənzilli yaşayış binaları, eyni zamanda respublikanın bölgələrində 379 ədəd fərdi ev inşa olunur. Bundan əlavə Bakı şəhərində 164, Sumqayıtda 6, Gəncədə 6, Mingəçevirdə 3 ədəd hazır binalarda mənzillər alınmışdır, onlarda təmir işləri aparılır və bu il təhvil veriləcəkdir”. S.Müslümov yeni mənzillə təmin olunan əlil və şəhid ailələrini bu münasibətlə təbrik edib, onlara bu mənzillərdə xoşbəxt və firavan həyat sürməyi, vətənimiz, dövlətimiz üçün layiqli övladlar böyütməyi arzulayıb.

Sosial cəhətdən həssas əhali qruplarının rifah halının yaxşılaşdırılmasına Prezident qayğısından razılıqla söz açan əlil və şəhid ailələri Milli Qurtuluş günündə təqdim olunan bu yeni mənzillərin onların bayram sevincini ikiqat artırdığını vurğulayıb, bu böyük diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.09.2019
Mərdəkan Müalicə Pansionatında təmir işləri ilin sonuna qədər yekunlaşacaq
16.09.2019
10-dək müavinət və təqaüd növü üzrə təyinat mexanizmi elektronlaşacaq
16.09.2019
Ölkəni dərmanla zəhərləyən mafiya: Qorxunc şəbəkə... (ARAŞDIRMA)
13.09.2019
Yeni kartların alınmasında növbələr müşühidə edilmir - “Azəriqaz”
12.09.2019
Nazirlik daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim etdi - FOTO