Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6564

Digər sorğular

Azərbaycan Avropa Oyunlarında medalarının sayını 10-a çatdırdı: 5 QIZIL MEDAL- VİDEO

23:50  |    14 İyun 2015  |   E-mail  |  Çapa göndər

Karateçilərimiz günü iki qızıl medalla başa vurdu.

+84 kq çəki dərəcəsindəki karateçimiz Ayxan Mamayev qızıl medal qazanıb . QAZİLER.AZ-ın məlumatına görə, o, final qarşılaşmasında yunanıstanlı Georgios Tzanos Michail üz-üzə gəlib. Qarşılaşma 2-1 hesabı ilə nəticələnib.

Qeyd edək ki, Ayxan Mamayev qrupun açılış döyüşündə yunanıstanlı Georgios Mixail Tzanosla üz-üzə gəlib. Görüş 0:0 hesabı ilə yekunlaşıb. Gənclər arasında dünya çempionunun növbəti rəqibi Yaroslav Haruna (Ukrayna) olub və təmslçimiz 6:3 hesabı ilə qalib gəlib. 23 yaşlı karateçimiz qrup mərhələsindəki mübarizəyə Avropa və dünya çempionu Kenyi Qrillona (Fransa) qarşı görüşlə yekun vurub. Mamayev bu dueldən də üstün ayrılaraq (6:1), yarımfinalda iştirak hüququ qazanıb.

Ayxan finala gedən yolda Alvin Karaqi (Kosova) ilə qarşılaşıb. Həmyerlimiz bu görüşdən də qalib ayrılaraq, finala vəsiqə qazanıb.
***
Qadın karateçimiz İrina Zaretska qızıl medal qazanıb. Lent.az-ın məlumatına görə İrina Zaretska finalda avstiryalı Teresa Alisa Bukingerlə qarşılaşıb. Hesab 8-1 hesabı ilə həmyerlimizin xeyrinə başa çatıb.



Qeyd edək ki, 19 yaşlı idmançımız özündən 9 yaş böyük olan dünya çempionu Kristina Vizkaino (İspaniya) üzərində layiqli qələbə qazanıb - 6:1. Ardından avstriyalı Teresa Alisa Bukingerlə üz-üzə gələn Zaretska 0:4 hesabı ilə uduzsa da, son görüşdə yunanıstanlı Vasiliki Panetsidunu məğlub edib - 1:0.

İrina yarımfinal qarşılaşmasında Monteneqro idmançısı Marina Morkoviçlə üz-üzə gəlib. Hesab 1-0 hesabı ilə həmvətənlimizin xeyrinə olub.

Bakı Kristal Zalında keçirilən Oyunlarda təmsilçilərimizin 2-si kata, 4-ü isə kumite yarışlarında gücünü yoxlayacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.11.2019
Aqşin Yeniseyin vəziyyəti ağırlaşdı
16.11.2019
Terrorçulara yardım etməkdə təqsirləndirilən azərbaycanlı beynəlxalq axtarışa verilib
16.11.2019
Zərdabda 30-dan çox uşağa günərzi qayğı xidmətləri göstərilir
16.11.2019
Telejurnalist "AzerGold"a mətbuat katibi təyin olundu
16.11.2019
Nazir Ağayevin yerinə onu rəis təyin etdi