Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6896

Digər sorğular

İcra başçısının koronavirusdan sağalan müavini danışdı: “Tədbirdə koronavirusa yoluxdum”

16:25  |    13 Aprel 2020  |   E-mail  |  Çapa göndər

Bir müddət öncə koronavirusa yoluxan və aprelin 10-da sağalaraq evə buraxılan Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini Alıcı Dilavərov müsahibə verib.

- Alıcı müəllim, sizin koronavirusa necə yoluxduğunuz barədə təxmininiz var?

- Xaricdən Azərbaycan vətəndaşları gətirilən zaman həyata keçirilən tədbirlərdə mən də iştirak edirdim. Belə fikirləşirəm ki, həmin vaxt virusa yoluxmuşam.

- Hansı əlamətlərə görə virusa yoluxduğunuzdan şübhələndiniz?

- Məndə heç bir əlamət olmadı. Sadəcə, icra hakimiyyətinin əməkdaşlarından nümunə götürüldükdən sonra mənə dedilər ki, sənin nəticələrin müsbət çıxıb. Sonra da məni Astara Rayon Xəstəxanasında müalicəyə götürdülər, 14 gün orada saxlanıldım.

- Müalicə müddəti ərzində hər hansı dəyişikliklər oldu?

- Məndə heç bir dəyişiklik olmadı: nə öksürək, nə yüksək temperatur, nə nəfəs çatışmazlığı. Özümdə heç bir fərqlilik hiss etmədim. Təzyiqim də daim normal oldu. Müalicə prosesi çox yaxşı keçdi. Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Ölkənin bütün xəstəxanalarında lazımi avadanlıqlar quraşdırılıb. Tibb heyəti çox peşəkar idi. Hər gün yüksək səviyyədə qidalanırdıq. Mənə başçının müavini olduğuma görə hər hansı fərq qoyulmurdu. Bütün xəstələr hansı prosedurları keçirdilərsə, mən də hamısını edirdim. Gün ərzində 4-5 dəfə temperaturumuz, təzyiqimiz ölçülürdü. Mən orada heç bir xəstədən narazılıq da eşitmədim. Bizim dövlətin həyata keçirdiyi qabaqlayıcı tədbirlər sayəsində bu gün ölkədə vəziyyət faciəvi şəkildə deyil. Yoxsa biz də başqa ölkələr kimi ağır vəziyyətə düşə bilərdik.

- Sizin xaricdən gələn oğlunuzu karantindən çıxarmağımız barədə nə deyə bilərsiniz?

- Mənim iki oğlum var. Biri Lənkəran Dövlət Universitetində ikinci kursda oxuyur. Biri də Qafqaz Universitetini bitirib, İqtisad Universitetində magistratura təhsili alır. Onların heç birinin bu günədək xarici pasportu olmayıb. Bunu kim istəsə, yoxlatdıra da bilər. Mənim övladlarım heç vaxt xaricdə olmayıb.

- Bəs sizin ünsiyyətdə olduğunuz şəxslərdən kimdəsə virus aşkarlandı?

- Mənim ailə üzvlərim karantində qaldılar. Amma heç birində virus aşkarlanmadı.

- Sağalma prosesiniz necə oldu?

- Yəqin, orqanizmim güclü olduğu üçün sağaldım. Bir neçə dəfə məndən nümunə götürdülər. Sonda dedilər ki, artıq sağalmısınız, gedə bilərsiniz. Aprelin 10-da xəstəxanadan buraxıldım, indi evdəyəm. Vətəndaşlarımızdan xahiş edirəm ki, evdə qalsınlar, səbrli olsunlar ki, ölkə olaraq virusa qalib gələk.

Qafqazinfo
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.06.2020
“İyunun 2-də Pənah Hüseynə bildirmişəm ki, bunu etmək olmaz, nəticəsi sizin üçün pis olacaq”
02.06.2020
“Əli Həsənov kimdir ki?..” – Azər Həsrətdən sensasion açıqlamalar
29.05.2020
Şeyxinizin bir arvadı var, ikincisinə ehtiyac duymuram - Allahşükür Paşazadə
27.05.2020
“Prezident belə biabırçılığa dözən adam deyil” — Çingiz Abdullayev
26.05.2020
“Kremlin ermənilərə dəstək verməsi...” - Tofiq Zülfüqarov