Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Almaniyanın Azərbaycandakı səfiri XİN-ə çağırıldı

02:00  |    14 İyun 2015  |   E-mail  |  Çapa göndər

Almaniya Bundestaqında Azərbaycan əleyhinə qətnamənin qəbul edilməsi ilə əlaqədar bu ölkənin Bakıdakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və Almaniya Bundestaqının qəbul etdiyi bu ədalətsiz qərarla bağlı qəti etiraz bildirilib.

XİN-in mətbuat xidmətindən Trend-ə bildiriblər ki, nazir müavini Xələf Xələfov bildirib ki, belə bir qətnaməni qəbul olunması Azərbaycana münasibətdə aparılan ikili standartlar siyasətindən irəli gələn qara piar aksiyasıdır. Qətnamədə göstərilən əsassız qarayaxma xarakterli ittihamlar Almaniya və Avropa siyasi dairələrinin məqsədyönlü kampaniyasıdır və bu Avropa ilə əlaqələrə xüsusi əhəmiyyət verən və töhfə verən Azərbaycan Respublikası üçün təəssüf doğuran haldır və qəbul edilməz hesab edilir.

XİN müavini deyib ki, bu siyasətin davam etdirilməsi Azərbaycanla Almaniya arasında yüksək səviyyədə inkişaf edən münasibətlərə və dialoqa ağır zərbə vurur. Bunun nəticələri ilə bağlı məsuliyyət, bu qətnamənin qəbul olunmasının təşəbbüsçüsü olan və dəstək verən siyasi dairələrin və Almaniya tərəfinin üzərinə düşür.

Xələf Xələfov Azərbaycanın Avropa ilə münasibətlərin inkişafına danılmaz töhfə verdiyini qeyd edərək, bu istiqamətdə səylərin qarşılıqlı olmasının vacibliyini bildirmişdir. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin vacib rol oynadığını, Avropa xalqları arasında dostluq və tolerantlıq mühitinin möhkəmlənməsində mühüm rol oynayacaq Avropa oyunlarının birincisinə ev sahibliyi etdiyini vurğulamışdır. Azərbaycanın həmçinin beynəlxalq və regional təhlükəsizlik, beynəlxalq terrorizmə qarşı mübarizə sahələrində Avropa ilə sıx əməkdaşlıq etdiyini qeyd edib. Azərbaycanın tərəfdaşlıq münasibətlərinin təşviq edilməsinə yönəlmiş siyasi xəttinə qarşı, bir sıra Avropa dövlətləri, o cümlədən Almaniya tərəfindən nümayiş etdirilən qərəzli davranışın ikitərəfli münasibətlərin gərginləşməsinə xidmət etdiyini bildirib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.09.2019
Vilayət Eyvazov tapşırıq verdi: "Onlar həbs olunacaq"
17.09.2019
Bakı Mətbuat Klubunun saytı açıldı, özü də açılacaq - TƏQDİMAT
17.09.2019
Hava yağmursuz olacaq
17.09.2019
Azərbaycanda bəzi hərbi qulluqçuların pensiya təminatının müəyyən olunması qaydası dəqiqləşib
17.09.2019
General: “Ordumuz işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdi”