Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Azərbaycan karateçilərdən iki qızıl, iki bürünc

01:22  |    14 İyun 2015  |   E-mail  |  Çapa göndər

Azərbaycanlı karateçi Firdovsi Fərzəliyev Bakı-2015 Birinci Avropa Oyunları çərçivəsində final mərhələsinə keçib.

QAZİLER.AZ -ın Trend-ə istinadən məlumatına görə, Fərzəliyev yarımfinal mərhələsində Moldova idmançısı Emil Pavlovu tatamidən kənara çıxarmaqla finala vəsiqə qazanıb.

Digər azərbaycanlı karateçi İlahə Qasımova isə Bakı-2015 Birinci Avropa Oyunları çərçivəsində final mərhələsinə adlaya bilməyib.

Yarımfinal mərhəsində İ.Qasımova Fransa idmançısı Emili Toya məğlub olub.

XXX

75 kq çərçivəsində Rəfael Ağayev Almaniyadan olan idmançını minimal hesabla 1:0 udmaqla finala vəsiqə qazanıb.

XXX

Azərbaycanlı karateçi İlahə Qasımova isə Bakı-2015 Birinci Avropa Oyunları çərçivəsində bürünc medalını qazandı. O 4:2 hesabı ilə ispan idmançısını udub.

XXX

60 kq çəkidə Azərbaycanlı karateçi Firdovsi Fərzəliyev Bakı-2015 Birinci Avropa Oyunları çərçivəsində final mərhələsində İtaliyadan olan idmançı Luka Mareska ilə qarşılaşıb. İdmançımız 4:0 hesabı ilə qalib gəldi. Bununla da Azərbaycan yarışın ikinci günündə ilk qızıl medalını qazandı.

XXX

67 kq çəkidə digər karateçimiz Niyazi Əliyev Almaniyadan olan Rikardo Qiqqler ilə bürünc medal uğrunda mübarizə aparıb. İdmançımız 3:1 hesabı ilə qalib gəlib.

XXX

75 kq çərçivəsində Rəfael Ağayev İtaliyadan olan idmançı üzərində 1:0 hesabı ilə qalib gələrək qızıl medal qazanıb. Bununla da bu gün karateçilərimiz Avropa Oyunlarında iki qızıl və iki bürünc medal qazanıblar.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.09.2019
Hava yağmursuz olacaq
17.09.2019
Azərbaycanda bəzi hərbi qulluqçuların pensiya təminatının müəyyən olunması qaydası dəqiqləşib
17.09.2019
General: “Ordumuz işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdi”
16.09.2019
Mehriban Əliyevadan qaziyə dəstək
16.09.2019
Sabahın HAVA PROQNOZU