Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

MƏŞƏLİ OLİMPİYA STADİONUNA QARABAĞ QAZİSİ GƏTİRDİ

16:00  |    13 İyun 2015  |   E-mail  |  Çapa göndər

“Gənclər və idman naziri Azad Rəhimov bildirdi ki, cənab prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış günü məşəli mənim yandırmağımı istəyir. Bu məni bir qədər şoka saldı və həyəcanlandım”.

Bunu AzVision.az-a açıqlamasında ötən gün I Avropa Oyunlarının məşəlini alovlandıran dəfələrlə paralimpiya çempionu olmuş İlham Zəkiyev deyib.

İlham Zəkiyevin sözlərinə görə, ölkə başçısı məşəli Atəşgah məbədində alovlandıranda, açılış mərasimində məşəli onun yandıracağı bəlli idi: “Bu tapşırılmışdı və sirr saxlanılmalı idi. Buna hazırlıq gedirdi, məşq edirdik. Hazırlaşdıq və nəticə də dünən göz qabağında idi. Möhtəşəm bir açılış oldu. Bunun davamı olaraq yarışlar da yüksək səviyyədə keçiriləcək. Bütün idmançılarımıza uğurlar arzu edirəm. Arzu edirəm ki, bütün qazanacağımız medalların sayına görə Azərbaycan birinci olsun”.

Paralimpiya çempionumuz bildirib ki, açılış günü məşəli onun yandırması xalqımızın mübariz olduğunu bir daha göstərdi.

“Elmar Qasımovun bayraqdar olması da təsadüfi deyildi. Bildiyimiz kimi Elmar Qasımov 2009-cu ildə Yerevanda gənclər arasında Avropa çempionatında qızıl medal qazanıb və Azərbaycan himnini səsləndirib. Onun bayraqdarın olması və məşəli mənim yandırmağım bu bizim xalqımızın bir daha mübarizliyini göstərdi. Vətənə qulluğum hərbidə aldığım məlum yaradan sonra yarımçıq qaldı. Amma bu gün vətənə qulluğumu idmanla edirəm”.

Qeyd edək ki, gözlərinin görməməsinə baxmayaraq, ayaq üstə durmağı bacaran döyüşçü-idmançımızın məşəli qaldırmasında böyük bir simvolik məna var idi. Ancaq təəssüf ki, cəmiyyətimizdə onu tanımayanlar da var.

İlham kəşfiyyatçı olub. Bir çox təhlükəli döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gələn əsgər Zəkiyev 7 ay orduda nümunəvi xidmət edib, fəxri fərmanlar alıb.

1999-cu ilin fevral ayında növbəti dəfə döyüş tapşırığını yerinə yetirərkən erməni snayperinin açdığı atəş nəticəsində İlham yaralanıb. Güllə onun başına dəyib, sol gicgahından girərək sağ gicgahından çıxı. İlham aldığı yaradan komaya düşüb.

Komadan çıxdıqdan sonra məlum olub ki, İlham görmə qabiliyyətini tamamilə itirib.
Həkimlər hətta belə bir ölümcül yaradan sonra onun sağ qalmasını möcüzə sayırdılar. Bütün göstərilən səylərə baxmayaraq, İlhamın görmə qabiliyyətini qaytarmaq mümkün olmayıb.

İlham Zəkiyev birinci dərəcəli Qarabağ əlili kimi evə dönüb. Bu zaman onun hələ 19 yaşı tamam olmamışdı. Hərbi xidmətdən evə dönən İlham idman karyerasına başlayıb. 2 dəfə paralimpiya oyunları çempionu, 2 dəfə dünya çempionu, 5 dəfə Avropa çempionu olub.

O, Əməkdar idman ustası, "Şöhrət" ordeni və "Tərəqqi" medalı ilə təltif edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.09.2019
Fədayə Laçının məhkəməsi 10-cu dəfə təxirə düşüb
16.09.2019
Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi tamamlanmaq üzrədir - VİDEO
16.09.2019
Qubada vergi islahatları mövzusunda maarifləndirmə tədbiri keçirilib
16.09.2019
Yardımlıda tunc-ilk dəmir dövrünə aid yeni kurqanlar aşkar edilib
16.09.2019
Azərbaycanın bir sıra rayonunda qaz təchizatı dayandırılacaq