Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

İki güləşçimiz yarımfinalda

17:49  |    13 İyun 2015  |   E-mail  |  Çapa göndər

Bu gün Bakı 2015 birinci Avropa Oyunlarında güləş yarışlarının ilk günündə təmsilçimiz Orxan Nuriyev ilk qarşılaşmasında qələbə qazanıb.



QAZİLER.AZ saytı Trend-ə istinadən xəbər verir ki, “Bakı-2015”in proqramına əsasən, yarışların ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparır. 98 kq çəki dərəcəsində 1/8 finalda İsveç güləşçisi Teodoros Tunusidis ilə qarşılaşan təmsilçimiz Orxan Nuriyev rəqibini 4:1 hesabl ilə məğlub edib.

XXX

Bu gün Bakı 2015 birinci Avropa Oyunlarında güləş yarışlarının ilk günündə Azərbaycan təmsilçisi Elman Muxtarov ilk qarşılaşmasında qalib gəlib.

Trend xəbər verir ki, “Bakı-2015”in proqramına əsasən, yarışların ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparır. 59 kq çəki dərəcəsində 1/8 finalda Gürcüstan güləşçisi Gizo Meladze ilə qarşılaşan təmsilçimiz Elman Muxtariv rəqibini 5:3 hesabı ilə məğlub edib.

Yunan-Roma güləşi üzrə yarışların ilk günündə daha 2 idmançımız mübarizə aparacaq.

Qeyd edək ki, bundan öncə 98 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Orxan Nuriyev də ilk qarşılaşmasını qələbə ilə başa vurub.

XXX

Bu gün Bakı 2015 birinci Avropa Oyunlarında güləş yarışlarının ilk günündə Azərbaycan təmsilçisi Rəsul Çunayev ilk qarşılaşmasında qalib gəlib.

Trend xəbər verir ki, “Bakı-2015”in proqramına əsasən, yarışların ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparır. 71 kq çəki dərəcəsində 1/8 finalda Moldova güləşçisi Daniel Qataraqa ilə qarşılaşan təmsilçimiz Rəsul Çunayev rəqibi üzərində 7:6 hesablı üstünlük əldə etməklə növbəti mərhələyə vəsiqə qazanıb.

Yunan-Roma güləşi üzrə yarışların ilk günündə daha 1 idmançımız mübarizə aparacaq.

XXX

Bu gün Bakı 2015 birinci Avropa Oyunlarında güləş yarışlarının ilk günündə Azərbaycan təmsilçisi Rafiq Hüseynov da ilk qarşılaşmasında tam üstünlüklə qalib gəlib.

Trend xəbər verir ki, “Bakı-2015”in proqramına əsasən, yarışların ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparır. 80 kq çəki dərəcəsində 1/8 finalda Almaniya güləşçisi Mixail Vaqner ilə qarşılaşan təmsilçimiz Rafiq Hüseynov rəqibini 11:0 hesabı ilə məğlub edib.

Xatırladaq ki, bundan öncə təmsilçilərimiz - 98 kq çəki dərəcəsində Orxan Nuriyev, 59 kq çəki dərəcəsində Elman Muxtariv və 71 kq çəki dərəcəsində Rəsul Çunayev də ilk qarşılaşmalarında qələbə qazanaraq 1/4 finala çıxıblar.

XXX

Bu gün Bakı 2015 birinci Avropa Oyunlarında güləş yarışlarının ilk günündə Azərbaycan təmsilçisi Elman Muxtarov da yarımfinala vəsiqə qazanıb.
Trend xəbər verir ki, “Bakı-2015”in proqramına əsasən, yarışların ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparır. 59 kq çəki dərəcəsində 1/4 finalda Norveç güləşçisi Stig-Andre Berge ilə qarşılaşan təmsilçimiz rəqibini 7:6 hesabı ilə məğlub edərək yarışların yarımfinalına çıxıb.

XXX

Bu gün Bakı 2015 birinci Avropa Oyunlarında güləş yarışlarının ilk günündə Azərbaycan təmsilçisi Rafiq Hüseynov da yarımfinala vəsiqə qazanıb.

Trend xəbər verir ki, yunan-Roma güləşçilərinin yarışında 80 kq çəki dərəcəsində 1/4 finalda Bolqarıstan güləşçisi Daniel Aleksandrov ilə qarşılaşan təmsilçimiz bu rəqibinə də tam üstünlüklə, 10:0 hesabı ilə məğlub edərək yarışların yarımfinalına çıxıb.

Qeyd edək ki, 1/4 finalda daha 2 güləşçimiz mübarizə aparmaq hüququ qazanıb. 98 kq çəki dərəcəsində mübarizə aparan Orxan Nuriyev isə artıq yarışların yarımfinalına vəsiqə qazanıb.

Xatırladaq ki, Avropa Oyunları çərçivəsində güləş yarışları iyunun 13-dən 18-dək Heydər Əliyev adına İdman Sarayında keçiriləcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.09.2019
Hava yağmursuz olacaq
17.09.2019
Azərbaycanda bəzi hərbi qulluqçuların pensiya təminatının müəyyən olunması qaydası dəqiqləşib
17.09.2019
General: “Ordumuz işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdi”
16.09.2019
Mehriban Əliyevadan qaziyə dəstək
16.09.2019
Sabahın HAVA PROQNOZU