Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6898

Digər sorğular

Deputat: "Bir çıxışla sosial şəbəkələri partlada bilərəm"

10:16  |    09 Aprel 2020  |   E-mail  |  Çapa göndər

Mənə yazdığınız tənqidlər və təkliflər çox önəmlidir. Yalnız, bir şeyi nəzərə almağınızı xahiş edirəm. "Niyə filan şeydən danışmadınız?", "niyə filan şeyi demədiniz?" sayağı iradlar çox zaman yersiz olur.

Qazilər.az bildirir ki, bunu deputat Erkin Qədirli deyib

E.Qədirli qeyd edib ki, məclisdə hər iclasın öz gündəliyi olur:

"Mən, müəllimlik vərdiyişimə görə, mövzudan qırağa çıxmağı və çıxanları bəyənmirəm. Məclisdə çoxları mövzudan qırağa çıxır, müzakirə olunmalı məsələ qalır, keçirlər aidiyyatı olmayan söhbətlərə. Odur ki, sizə görə nədənsə danışmamışamsa, deməli o məsələ hələ müzakirə mövzusu olmayıb (başqalarının intizamsız danışıqlarına baxmayın).

İntizam demişkən, mən indi bir işçi qrupun üzvüyəm (Hüquq Siyasəti Komitəsində). Həmin qrupda deputatların yeni intizam qaydaları hazırlanır. Mən öz təkliflərimi hazırlayıram və həmin qaydaların sərtləşdirilməsinin tərəfdarıyam. Buraya mövzudan qırağa çıxmaqdan tutmuş, deputatlığa uyğun olmayan işlərə görə intizam tədbirlərin görülməsi aiddir.

Bilirəm, çoxunuz tələsir, məndən tezliklə böyük nəticə gözləyir. Mən bir çıxışla alqış qopara, sosial şəbəkələri partlada bilərəm. Bu, heç də çətin deyil. Kimsədən də qorxmuram. Nəticəsi nə olacaq? Deyim - mənimlə hamı əlaqəsini kəsəcək, ondan sonra mən seçicilər üçün heç bir iş görə bilməyəcəyəm. Daha öncə demişdim, bir daha yazım - şəxsən mənə deputatlıq lazım deyil. Mən bu işə ReAl və seçicilər üçün faydalı olmaq üçün girişdim".

E.Qədirliyə görə, ayrıca, ünvanına yazılan və söylənilən bəzi gümanlar çox aşağılayıcıdır:

"Mən heç kəsə vicdanıma şübhə ilə yanaşmağa bəhanə verməmişəm, təmiz yaşamışam, bundan sonra da təmiz yaşayacağam. Kimsənin qarşısında gözükölgəli deyiləm. Tələsməyin. Yaxşı işlər yavaş görülür".

Demokrat.az
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.06.2020
Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
04.06.2020
Rusiya XİN: "Qarabağ probleminin həlli çox uzandı"
04.06.2020
Paşinyanı istefa verməyə çağırdılar
03.06.2020
“Ya daha ciddi olmalısınız, ya da tarix sizi bağışlamayacaq...”
03.06.2020
Sergey Markov: “Nikol Paşinyan Azərbaycandan hərbi əməliyyatlara başlamağı xahiş edir” - MÜSAHİBƏ