Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6898

Digər sorğular

Koronavirusdan ən çox bu ölkələr itki verir - SİYAHI

10:00  |    09 Aprel 2020  |   E-mail  |  Çapa göndər

ABŞ dünyada koronavirus qurbanlarının sayına görə ikinci yerə çıxıb.

Bu barədə “Report” Birləşmiş Ştatlarda yerli və federal hakimiyyət orqanlarının, habelə dünyanın ayrı-ayrı ölkələrinin statistikasını aparan Con Hopkins Universitetinə istinadən xəbər verir.

Məlumata görə, ABŞ pandemiya qurbanlarının sayına görə İspaniyanı qabaqlayıb.

Qeyd edilir ki, Birləşmiş Ştatlarda COVID-19 infeksiyasından ölənlərin sayı 14 817 nəfər təşkil edir. İspaniyada isə 14 792 nəfər koronavirusun qurbanı olub.

Dünyada koronavirusdan ən çox insan İtaliyada vəfat edib. Bu ölkədə koronavirus qurbanlarının sayı 17 669 nəfərə çatıb.

Universitetin məlumatına görə, dünyada ümumilikdə 88 538 insan pandemiyadan ölüb. Siyahıda eləcə də Britaniya (7 172), Almaniya, Fransa, Çin, İran və digər ölkələrin adları var.

Dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 1 504 971 nəfərə çatıb.

Xatırladaq ki, Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19 infeksiyasını pandemiya elan edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.06.2020
Ukraynalı deputatlar imza topladı: Erməni nazirin qovulması...
05.06.2020
Koronavirusun mənbəyi olan Uhanda xəstə qalmadı
05.06.2020
Ərdoğan küçəyə çıxma qadağasını ləğv etdi
05.06.2020
Dünyada bir gündə 130 minə yaxın insan koronavirusa yoluxdu - STATİSTİKA
04.06.2020
XİN: Gürcüstan Ermənistana kömək göstərməyə hazırdır