Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6887

Digər sorğular

Yollarda polis postlarının sayı artırılıb - VİDEO

20:54  |    08 Aprel 2020  |   E-mail  |  Çapa göndər


Paytaxtın giriş-çıxışları ilə yanaşı, şəhər daxilində də müxtəlif yol və ərazilərdə polis postları qurulub. Postlarda yol polisi ilə yanaşı çevik polis və daxili qoşunların hərbiçiləri sürücüləri bir-bir saxlayaraq onların xüsusi karantin rejiminin qaydalarına necə əməl edib-etməməsini yoxlayırlar.

Qaydaları pozan sürücü və sərnişinlər barəsində inzibati qaydada cərimə tətbiq edilir.

Koronovirus təhlükəsinin qarşısını almaq üçün təkcə paytaxtın giriş-çıxışında deyil,müxtəlif yollarda qurulanpolis postlarının sayı artırılıb.

Metronun "20 Yanvar" və "Memar Əcəmi" stansiyalarının ətrafı, eləcə də Nobel və Babək prospektlərində və digər yerlərdə qurulan postlarda yol polisi ilə yanaşı, çevik polis və daxili qoşunların hərbçiləri xidmət aparırlar.

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyevin sözlərinə görə,istənilən ərazidə və istənil yolda polis postlarının sayı artırıla bilər.Bununla yanaşı,yollarda hərəkətdə olan Yol-patrul xidməti avtomobilində olan polis əməkdaşı da istənilən sürücünü saxlayıb onun karantin qaydalarını pozub-pozmamasını yoxlaya bilər.

Qeyd edək ki, xüsusi karantin rejimini pozan şəxslər barəsində inzibati xətalar məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq 100-200 manat məbləğində cərimə tətbiq edilir.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
30.05.2020
AXCP üzvü polisə tabe olmadığına görə həbs edilib
30.05.2020
Maska taxmayanlar nə qədər cərimələnəcək? - Məbləğ açıqlandı
30.05.2020
Bu küçədə hərəkət məhdudlaşdırılır
30.05.2020
Qarabağ qazisindən Prezidentə müraciət: Əməliyyata gücüm çatmır, ayağımı isə itirmək istəmirəm - FOTO
30.05.2020
Mayın son günü güclü külək əsəcək - HAVA PROQNOZU