Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6899

Digər sorğular

Koronavirusun çarəsi 100 illik peyvənddirmi? - Təəccübləndirən ARAŞDIRMA

23:51  |    07 Aprel 2020  |   E-mail  |  Çapa göndər


İspaniya koronavirusa görə ən çox insan itkisi olan ölkələrdən biri olsa da, qonşusu Portuqaliyada insan ölümü nəyə görə bu qədər azdır?

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Piriney yarımadasını bölüşən bu iki ölkədəki Covid-19 xəstəliyinin statistikasının niyə bu qədər fərqləndiyi dəqiq bilinmir, ancaq bunun iki ölkənin apardığı peyvənd siyasəti ilə əlaqəli ola biləcəyi vurğulanır.

Əlbəttə ki, Covid-19 əleyhinə peyvənd hələ tapılmayıb, lakin on illərdir istifadə olunan vərəm peyvəndi bu sirrə cavab ola bilər.

Belə ki, Nyu York Texnologiya İnstitutunun tədqiqatçısı Gonzalo Otazu, BCG peyvəndinin məcburi olmadığı İtaliya, Hollandiya və ABŞ kimi ölkələrin bu vaksinin məcburi tətbiq edildiyi ölkələrə nisbətən koronavirus xəstəliyinə daha çox yoluxduğunu bildirib.

Otazu vərəm xəstəliyinə qarşı peyvəndin İtaliyada heç vaxt məcburi olmadığını, lakin itkilərin nisbətən az olduğu Yaponiyada bu vaksinin məcburi olduğunu xatırladıb.

Məsələn, Yaponiya 1947-ci ildə BCG peyvəndi məcburi edərkən, İran 1984-cü ildən məcburi olmağa başladı. Deməli zaman fərqi də önəmli rol oynayır.

Tədqiqat, koronavirusun şərq və qərb Avropa ölkələri arasındakı yayılma nisbətindəki fərqin peyvənd siyasəti ilə də əlaqəli olduğunu ortaya qoyur.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.06.2020
Ukraynalı deputatlar imza topladı: Erməni nazirin qovulması...
05.06.2020
Koronavirusun mənbəyi olan Uhanda xəstə qalmadı
05.06.2020
Ərdoğan küçəyə çıxma qadağasını ləğv etdi
05.06.2020
Dünyada bir gündə 130 minə yaxın insan koronavirusa yoluxdu - STATİSTİKA
04.06.2020
XİN: Gürcüstan Ermənistana kömək göstərməyə hazırdır