Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6899

Digər sorğular

İtaliyada pandemiya qurbanlarının sayı durmadan artır

23:22  |    07 Aprel 2020  |   E-mail  |  Çapa göndər


İtaliyada son sutka ərzində daha 604 nəfər koronavirusun qurbanı olub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Xidmətinin rəhbəri Andjello Borelli məlumat verib.

O deyib ki, bununla da ölkədə COVID-19 infeksiyasından ölənlərin sayı 17 127 nəfərə çatıb.

Bundan başqa, İtaliyada koronavirusa yoluxma halları daha 3039 nəfər artaraq 135 586-ya çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 380 000-i ötüb. Bunların 297 583 nəfəri sağalıb, 79 068 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
05.06.2020
Ukraynalı deputatlar imza topladı: Erməni nazirin qovulması...
05.06.2020
Koronavirusun mənbəyi olan Uhanda xəstə qalmadı
05.06.2020
Ərdoğan küçəyə çıxma qadağasını ləğv etdi
05.06.2020
Dünyada bir gündə 130 minə yaxın insan koronavirusa yoluxdu - STATİSTİKA
04.06.2020
XİN: Gürcüstan Ermənistana kömək göstərməyə hazırdır