Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6894

Digər sorğular

Əfv olunan şəxslər iki həftəlik istirahət mərkəzinə yerləşdirilir

19:34  |    07 Aprel 2020  |   E-mail  |  Çapa göndər


Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, pandemiyanın respublikamızın müxtəlif bölgələrində yayılmasının müşahidə olunması və əfv edilən şəxslərin yaşayış yerlərinin 40-dək rayonu əhatə etməsi nəzərə alınaraq, onlar doğmalarının yanına getməzdən əvvəl ailə üzvlərinin də sağlamlıq durumu araşdırılacaq.

Qaziler.az bildirir ki, Ədliyyə Nazirliyindən verilən məlumata görə, bu məqsədlə azad olunan şəxslər iki həftəlik istirahət mərkəzlərinin birinə yerləşdirilib və hər cür şəraitlə, o cümlədən qida və tibbi təminatla təchiz olunublar.

Xatırladaq ki, aprelin 6-da Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalayıb. Dünyada koronavirus (COVİD-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ölkə Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxılaraq, məhkumların sağlamlıq vəziyyəti, cəza çəkdikləri müddətdə davranışları nəzərə alınaraq və humanizm prinsiplərinə əsaslanaraq, 176 məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Ümumilikdə müstəqillik dövründə Azərbaycanda 66 əfv sərəncamı imzalanıb, 11 amnistiya aktı qəbul edilib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
02.06.2020
“Əgər indi bunu etməsək, gələcəkdə deyəcəyik ki...” - Fazil Mustafa
02.06.2020
"Kim Ramil Səfərova qarşı çıxırsa, o, bizdən deyil və ədalətsiz, vicdansız insandır...”
30.05.2020
"Məzarı ziyarət edilsə də, edilməsə də o, ilin 365 günü hamının ürəyindədir..."
29.05.2020
Erməni memarın etirafı: İrəvanda ermənilər yaşamayıb - VİDEO
29.05.2020
MÜSTƏQİLLİYİN RİTMİ