Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6473

Digər sorğular

Vaşinqtonda I Avropa Oyunlarının açılışı qeyd edildi

15:00  |    13 İyun 2015  |   E-mail  |  Çapa göndər

“Bakı-2015” Avropa Oyunlarının möhtəşəm açılış mərasimini canlı izləmək və bu idman bayramını qeyd etmək məqsədilə Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən Vaşinqtonda xüsusi tədbir təşkil edilib.


QAZİLER.AZ saytı xəbər verir ki, səfirlikdən Lent.az-a verilən məlumata görə, tədbirə Avropa və digər ölkələrin Vaşinqtondakı səfirləri və diplomatik təmsilçiləri ilə yanaşı ölkəmizə dost dövlətlərin nümayəndələri və eləcə də ABŞ hökumət rəsmiləri qatılıb. İştirakçılar arasında həmçinin yerli ictimaiyyət, o cümlədən Azərbaycan, türk, yəhudi və gürcü icmalarının üzvləri olub.

Qonaqları salamlayan Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ölkəmizin birinci Avropa Oyunlarına ev sahibliyi etmək kimi tarixi bir ilkə imza atdığını bəyan edib və bu önəmli beynəlxalq idman tədbirinin ümdə məqsədinin dünyada cərəyan edən hadisələr və Avropanın müxtəlif bölgələrində yaşanan gərginliklər fonunda xalqları və insanları ümumi amallar ətrafında birləşdirmək olduğunu söyləyib. Səfir Avropanın müxtəlif qaynar nöqtələrindəki qarşıdurmaların idman meydanlarındakı rəqabət və yarışlarla əvəz olunmasını və haqq edən güclünün zəfər çalmasını diləyib. O, bu mənada “Bakı-2015” birinci Avropa Oyunlarının Azərbaycanın Avropa qitəsində sülh, əmin-amanlıq və qarşılıqlı anlaşmanın bərqərar olmasına verdiyi bir töhfə olduğunu bildirib. Səfir yüksək səviyyədə hazırlıq görülmüş Avropa Oyunlarının arxasında Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın yorulmaz səylərinin dayandığını və bu tarixi hadisənin gerçəkləşməsində oynadığı əvəzedilməz rolu vurğulayıb. E.Süleymanov uzun illər yalnız xoş niyyət və layihə mərhələsində qalmış Avropa Oyunlarının Azərbaycan prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin nümayiş etdirdiyi qətiyyətli liderlik sayəsində ərsəyə gəldigini göstərib. Sonda səfir Avropa Oyunlara qatılan bütün idmançılara uğurlar arzulayıb.

Tədbir iştirakçıları birinci Avropa Oyunlarının Bakıdan canlı yayımlanan heyrətamiz açılış mərasimə böyük diqqət və maraqla tamaşa edib və izləyənlər arasında olan müxtəlif iştirakçı ölkələrin təmsilçiləri stadiona daxil olan öz milli komandalarını alqışla qarşılayıb.

Azərbaycanın ABŞ-dakı səfirliyi eyni zamanda yerli ictimaiyyətin qarşıdan gələn günlərdə ölkəmizdə cərəyan edəcək beynəlxalq idman bayramı haqqında daha geniş şəkildə məlumatlandırmaq məqsədilə iyunun 11-də nüfuzlu “Vaşinqton Tayms” qəzetində geniş təbliğat materialı dərc etdirib.

Qeyd edək ki, “Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində baş tutacaq yarışmaları ABŞ tamaşaçıları “Universal Sports Network” kanalı vasitəsilə izləmək imkanında olacaqlar.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.09.2019
Vilayət Eyvazov tapşırıq verdi: "Onlar həbs olunacaq"
17.09.2019
Bakı Mətbuat Klubunun saytı açıldı, özü də açılacaq - TƏQDİMAT
17.09.2019
Hava yağmursuz olacaq
17.09.2019
Azərbaycanda bəzi hərbi qulluqçuların pensiya təminatının müəyyən olunması qaydası dəqiqləşib
17.09.2019
General: “Ordumuz işğal altındakı torpaqlarımızı düşməndən azad etməyə qadirdi”