Əvvələ 


SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6897

Digər sorğular

Polkovnik Ramaldanov: “Gecə təlimləri ordu üçün xüsusi əhəmiyyət daşıyır”

11:36  |    07 Aprel 2020  |   E-mail  |  Çapa göndər

“Artilleriya bölmələri ilə gecə vaxtı döyüş atışlı taktiki təlimlərinin keçirilməsi hərbi qulluqçularımızın hər an döyüşə hazırlığını təmin etmək məqsədi daşıyır”.

Bunu "Report"a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

O bildirib ki, Naxçıvanda baş tutan təlimlər “Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı"na əsasən keçirilib: “Hər təlim şəxsi heyətin döyüş hazırlığınıın səviyyəsini, təlim tapşırıqlarının necə icra olunduğunu təyin edən məsələdir. Ona görə də belə təlimlər yüksək peşəkarlıq tələb edir”.

Ehtiyatda olan polkovnik qeyd edib ki, adətən müasir dövrün tələblərinə cavab verən ordular belə təlimlər keçirirlər. Onun fikrincə, Azərbaycan Ordusunun hazırlığı yüksək səviyyədədir, dövrün tələblərinə uyğun olaraq silahlanıb, döyüş bacarıqlarını mənimsəyib və dünyanın güclü orduları sırasındıdır: “Bildiyimiz ki, Silahlı Qüvvələrimizin şəxsi heyəti həmişə diqqət mərkəzindədir. Onlara bütün təlim proqramları keçilir ki, real döyüş qabiliyyəti faktiki öyrədilsin. Demək olar ki, bütün təlimlər torpaqlarımızın işğaldan azad olunmasına, dövlətimizin ərazi bütövlüyünün təmin olunmasına hesablanıb. Təlimlər zamanı bütün hədəflər göstərilir və verilən tapşırıqlar plana əsasən həyata keçirilir”.

Ş.Ramaldanov deyib ki, Naxçıvan Qarnizonu Qoşunlarının keçirdiyi təlimlərin əsas özəlliyi ordunun gecə şəraitində döyüş qabiliyyətini yoxlamaqdır: “Təlimlərdə şərti düşmənin fəaliyyəti kəşfiyyat vasitələri ilə müşahidə edilib, hədəflərə döyüş atışları icra olunub.

Mən döyüş hazırlığını yüksək qiymətləndirirəm. Belə təlimlərin mütəmadi keçirilməsi ordumuzun yüksək hazırlığından xəbər verir. Çünki hər bir təlim döyüş təcrübəsi deməkdir”.

Qeyd edək ki, "Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı"na əsasən artilleriya bölmələri ilə gecə şəraitində döyüş atışlı taktiki təlim keçirilib.

Artilleriya bölmələri daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına hərəkət edərkən verilən müdaxiləyə uyğun olaraq hərəkətdən birbaşa döyüş düzülüşünə açılıb, atəş mövqelərini və müşahidə məntəqələrini tutaraq döyüş tətbiqinə hazırlanıb.

Təlimdə şərti düşmənin fəaliyyəti gecəgörmə imkanlarına malik kəşfiyyat vasitələri ilə izlənilib.

Atəş mövqeyi rayonlarından işıq təminatı ilə bərabər planlı və plandankənar hədəflərə döyüş atışları icra edilib.

Məhdudgörmə şəraitində keçirilən təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.06.2020
Qarabağda erməni əsgər öldü, yaralılar var
02.06.2020
"Rusiyanın Bakını cilovladığını düşünmək Ermənistan ordusuna təhqirdir..." - erməni nəşri
02.06.2020
Qarabağdan danışmaq yasaqlanır?..
01.06.2020
Ötən il işğal altındakı Azərbaycan ərazilərində ölən erməni hərbçilərin sayı açıqlanıb
01.06.2020
"Parlamentimiz müharibə qərarı verməyə risk etmir..." - Qarabağ qazisi